Bizi izləyin

Ölkə futbolu

Tahir Süleymanov: "Heç kim "Neftçi" rəhbərliyini 3-4 il gözləyən deyil"

Dünən "Neftçi"nin Müşahidə Şurasının …

blank
Dünən "Neftçi"nin Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Gündəmdə dayanan məsələ Emil Mpenza ilə bağlı FİFA-dan daxil olan məktub olub.
Klubun sabiq vitse-prezidenti Tahir Süleymanovun saytımıza belçikalının 1 milyonluq iddiasına dair verdiyi müsahibədən sonra "ağ-qaralar"ın rəhbərliyində "ümid çırağı" yanıb. Dünənki toplantıya Süleymanov da dəvət olunub. Bu gün Tahir bəylə yenidən əlaqə saxlayaraq, "Mpenza düyünü" ilə bağlı hansı qərarların verilməsinə aydınlıq gətirməsini xahiş etdik.
Təvazökarlıqdan uzaq olsa da, razılaşaq ki, "Neftçi" rəhbərliyi məhz dünənki müsahibədən sonra CAS-a müraciət etməyi qərara alıb. Süleymanovla söhbətə də məhz bu mövzudan başladıq: "Təəssüf ki, mətbuatın ölkə idmanına verdiyi xeyri hələ də qiymətləndirməyənlərin sayı az deyil. Hesab edirəm ki, mətbuata daim diqqət yetirmək, dəyər vermək olduqca vacibdi. Dünən Müşahidə Şurasına dəvət olunduğum üçün "Neftçi" rəhbərliyinə də təşəkkürümü bildirirəm. Olduqca demokratik qaydada keçirilən iclasda hər bir iştirakçı azad şəkildə fikirlərini ifadə edə bildi".
Əlbəttə, "hər bir iştirakçı"dan söhbət gedirsə, ilk növbədə klubun sabiq vitse-prezidentinin fikirləri maraqlıdı. Çünki, yeni rəhbərlik indiyədək nə CAS tanıyıb, nə də klub səviyyəsində məhkəmə çəkişmələri yaşayıb. Bəs Süleymanovun fikirləri necə, o, "Neftçi" başbilənlərinə də bu yöndə yardımçı olmaq istəyini bildiribmi? Dünənki müsahibədə bunu dilə gətirən həmsöhbətimiz sabiq klubuna da bu yöndə yardımçı olmaq istəyib: "Bəli, saytınıza verdiyim müsahibədə də bildirmişdim ki, belçikalı futbolçunun lehinə çıxarılan qərarla razılaşmaq olmaz. Korrupsiya bataqlığına düşən qurumla mübarizə aparmaq lazımdı. Bunun üçün də bütün lazımı sənədləri CAS-a ünvanlamaq gərəkdi".  
Klub Süleymanovun təklifini qəbul etsə də, deyəsən, onun "lazım gəlsə, İsveçrəyə uçub, məsələni həll edərəm", deməsinə ilıq münasibət bəsləyib. Süleymanov isə dediklərində israrlıdı: "FİFA-nın tövsiyəsinə uyğun olaraq, futbolçulara dair mübahisəli məsələləri mətbuata çıxarmaq olmaz. Məhz buna görə biz vaxtilə Vladimir Burduli ilə bağlı məhkəmə çəkişməsini gündəmə gətirməmişdik. Gürcü yarımmüdafiəçiylə yollarımızı ayırmışdıq. Lakin o, FİFA-ya şikayət etmişdi. Biz bütün sənədləri ali futbol qurumuna yollayaraq, məsələni lehimizə həll etdik. Daha sonra Burduli CAS-a müraciət etdi. Lakin bu məhkəmə də "Neftçi"ni haqlı çıxardı. Ancaq maraqlıdı ki, FİFA tərəfindən yanvarda qaldırılan məsələ Avropa Liqasının startına 2 həftə qalmış mətbuata sızdırılır".
Sonda Süleymanov "Neftçi"nin hazırkı durumu ilə bağlı da ilginc açıqlama verdi: "Bu, xalq komandasıdı. "Neftçi"də daim minimal vəzifə çempion olmaqdı. Yəni, heç kim komanda formalaşdırılmasını 3-4 il gözləyən deyil. Nəticə dərhal verilməlidi. Fərq etməz, heyət yerli gənclərdən qurulub, yoxsa başdan-ayağa təcrübəli legionerlərdən ibarətdi. Biz Elvin Yunuszadəni üzə çıxardıq. Əgər o, pis futbolçudursa, hazırda ölkənin ən güclü klubu olan "Qarabağ" onu niyə transfer etdi? Bütün hallarda, "Neftçi"yə qarşıdakı mövsümdə uğurlar arzu edirəm".
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Ölkə futbolu2024-04-25 08:00

Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”

blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm