Müsahibə
"Dinamo"nun futbolçusu: "Qəbələ" kimi güclü komanda ilə düşmək istəməzdik"
Avropa Liqasının 1-ci təsnifatə mərhələsində “Qəbələ&…
Avropa Liqasının 1-ci təsnifatə mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Tiflis “Dinamo”sunun müdafiəçisi Giorgi Qvelesianinin futbolinfo.az saytına müsahibəsi
– UEFA Avropa Liqasında Azərbaycan klubu “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Ümumiyyətlə, püşk haqqında fikiriniz necədi?
– Əslində belə güclü komanda ilə düşmək istəməzdik. Çünki “Qəbələ” haqqında yaxşı şeylər eşitmişəm. Mükəmməl stadionu, yaxşı baş məşqçisi və güclü heyəti var. Ona görə də çətin görüşlər olacaq.

– Rəqibiniz haqqında nəsə məlumat toplamısan?
– Əlbəttə. Ötən mövsümü 3-cü pillədə bitiriblər. Azərbaycanda yaxşı çemponat var. Bildiyimə görə, orada yüksək səviyyəli komandalar və legionerlər oynayırlar. Bu da ondan xəbər verir ki, bizim üçün güclü rəqib çıxıb.

– “Qəbələ”nin baş məşqçisi ukraynalı mütəxəssis Roman Qriqorçukdu. Onunla bağlı nə deyə bilərsən?
– Onu tanıyıram. “Qəbələ”yə qışda gəldiyini də bilirəm. Qısa müddətdə komandanı düzəldib və çempionatda 3-cü pilləyə sahib çıxdıqlarından da xəbərim var.

– Bəs, rəqib futbolçulardan kimi tanıyırsan?
– Viktor Mendini yaxşı tanıyırdım. Amma o, komandadan gedib. Aleksey Antonovu isə çox yaxşı tanıyıram. Çünki onunla eyni komandada oynamışam. Biz “Aktobe”də birlikdə top qovmuşuq. Onunla rəqib kimi üz-üzə gəlmək maraqlı olacaq.

– Azərbaycanda bir çox gürcü futbolçular oynayıb. Onlardan nəsə soruşacaqsınız? Elə milli komandanızın baş məşqçisi Kaxaber Sxadadze də ölkəmizdə işləyirdi…
– Məncə, buna ehtiyac yoxdu. Çünki bizimlə yeni müqavilə bağlayan Aleksandr İaşvili Azərbaycan haqqında hər şeyi bilir. O, çox peşəkar futbolçudu və bizim üçün məlumatlar da toplayacaq.

– “Qəbələ” ilə görüşlərdə kimi favorti sayırsan? Şanslar bərabərdi, yoxsa necə?
– Yox. “Qəbələ” güclü komandadı və heyətində bahalı legionerlər top qovur. Ukraynadan bir çox futbolçular oradadı. Amma “Dinamo” bu cütün favoritidi.

AĞA
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…