Ölkə futbolu
Makedon "Neftçi" ilə bağlı futbolinfo.az-a danışdı: "Hazırda Avstriyadayam"
Avropa Liqasının təsnifat mərhələsində “Mladost”a r…
Avropa Liqasının təsnifat mərhələsində “Mladost”a rəqib olan “Neftçi”nin baxışa yeni futbolçu çağırdığı haqqında xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Makedoniya millisinin üzvü Martin Boqatinovu yoxlanış üçün düşərgəyə çağırıb.
Bunu saytımıza açıqlamasında futbolçu özü də təsdiqləyib. O, hazırda Avstriyada olduğunu bildirib:
“Hazırda Avstriyada, “Neftçi”nin düşərgəsindəyəm. Kluba yoxlanış üçün gəlmişəm. Məşqçilərin qərarından sonra müqavilə imzalayıb-imzalamayacağm bəlli olacaq. İnanıram ki, hər şey mənim üçün yaxşı bitəcək. “Neftçi” böyük klubdu. Burda oynamaq istəyirəm”.
Boqatinov Azərbaycan və futbolumuz haqqında məlumata malik olduğunu deyib: “Azərbaycan və bu ölkənin futbolu haqqında məlumatım var. Amma indi ətraflı danışmaq istəmirəm. Müqavilə imzaladıqdan sonra danışarıq”.