Ölkə futbolu
"Qəbələ"dən ayrılıb, Ukrayna klubuna keçdi
“Qəbələ”dən ayrılan Mixil Sivakovun yeni klubu bəlli…
“Qəbələ”dən ayrılan Mixil Sivakovun yeni klubu bəlli olub. Futbolinfo.az xəbər verir ki, belaruslu futbolçu bundan sonra Ukrayna çempionatında çıxış edəcək.
27 yaşlı yarımmüdafiəçi bundan sonra “Zarya”nın şərəfini qoruyacaq. Ötən mövsümün sonunda əyalət təmsilçisindən ayrılan Sivakov bu klubla 2 illik müqavilə bağlayıb.
Qeyd edək ki, adıçəkilən futbolçu başa çatan mövsümün qış fasiləsində “Çernomorets”dən transfer edilmişdi. “Qəbələ” ilə 6 aylıq müqavilə bağlayan Sivakov ümidləri doğrultmadığına görə onunla anlaşmanın müddəti artırılmamışdı.