Ölkə futbolu
Razılıq əldə olundu: Abışov "Xəzər Lənkəran"la müqavilə imzalayır
“Qəbələ”dən ayrılan Ruslan Abışovun yeni klubu bəl…
“Qəbələ”dən ayrılan Ruslan Abışovun yeni klubu bəlli olub. Futbolinfo.az xəbər verir ki, futbolçu “Xəzər Lənkəran”ın şərəfini qoruyacaq. Futbolinfo.az xəbər verir ki, müdafiəçi ilə artıq razılaşma əldə olunub.
Əldə etdiyimiz məlumata görə, millimizin üzvü ilə 1 illik müqavilə bağlanılacaq. Ehtimal olunur ki, Abışov bu komandada əvvələr olduğu kimi, yenə 15 nömrəli futbolkanı geyinəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2012-ci ildə də bu klubun şərəfini qoruyub. Abışov həmin vaxt cənub təmsilçisinin heyətində 15 qarşılaşmada forma geyinmişdi.