Dünya futbolu
Türkiyə Futbol Federasiyasında yeni prezident seçildi
Türkiyə Futbol Federasiyasında (TFF) prezident seçkisi b…
Türkiyə Futbol Federasiyasında (TFF) prezident seçkisi baş tutub. Futbolinfo.az xəbər verir ki, sözügedən tədbir bu gün keçirilib.
Seçkilərin nəticəsinə əsasən Yıldırım Demirören yenidən prezident seçilib. Belə ki, digər namizəd Haluk Ulusoy lazım olan 60 imzanı toplaya bilmədiyi üçün seçkilərdə iştirak etmək haqqı qazana bilməyib. Bununla da, yeganə namizəd olan Demirören 214 xalla yenidən TFF prezidenti seçilib.
Qeyd edək ki, 50 yaşlı funksioner 2012-ci ildə qardaş ölkənin ali futbol qurumuna rəhbərlik edir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…