Milli komanda
Millimiz İspaniyaya uduzub 2-ci oldu
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident…
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yeri tutub. Futbolinfo.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri final qarşılaşmasında ispaniyalı həmyaşıdları ilə üz-üzə gəlib.
İspaniya yığmasına qarşı keçirilmiş final oyununun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 44-cü dəqiqədə millinin kapitanı Elçin Əsədov cərimə zərbəsindən ötürülən topu başla qapıdan keçirib. 60-cı dəqiqədə rəqib komandanın kapitanı Manuel Morlanes hesabda tarazlıq yaradan qolu vurub. Qarşılaşma bu hesabla yekunlaşdığı üçün turnirin Əsasnaməsinə uyğun olaraq qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 4:1 (ümumi nəticə – 5:2) hesabı ilə qələbə qazanaraq “Prezident kuboku” turnirinin qalibi olub.
(Affa.az)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub