Dünya futbolu
FİFA Peşəkar Futbol Liqasını 65 milyon ziyana salır
İspaniya Peşəkar Futbol Liqası (LFP) Qatarda baş tutacaq 2022-ci …
İspaniya Peşəkar Futbol Liqası (LFP) Qatarda baş tutacaq 2022-ci il dünya birinciliyinin qış (noyabr-dekabr) aylarında keçirilməsi olə əlaqədar FİFA arbitraj məhkəməsinə (CAS) şikayət edib. Futbolinfo.az xəbər verir ki, bu narədə LFP prezidenti Xavier Tebas məlumat verib.
İspaniya mətbuatının verdiyi məlumat görə, Qatarda keçiriləcək turnirə görə La Liqanın 65 milyon avro zərər edəcəyini bildirən Tebas bunları deyib:
“Bizim əsas məqsədimiz klubların maraqlarını qorumaqdı. Digər ölkə liqaları isə ancaq sözdə bizə dəsdək verirlər. Maraqları qorumaq üçün qanuni yolllar hər zaman var. Heç kim hüquqlarını müdafiə etmək üçün məhkəməyə getməkdən qorxmamalıdı. Amma təəssüf ki, qorxurlar”.