Ölkə futbolu
"Qarabağ" üçün 2 sınaqçı rəqib
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam et…
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, artıq 10 gündü Kössün qəsəbəsində hazırlıqlarını sürdürən "atlılar" gündə 2 məşqlə Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Rudar"la oyuna hazırlaşır.
Ağdam təmsilçisi səhər məşqi yerli vaxtla 10:45-də baş tutdu. Fiziki yüklənmə üzərində qurulan çalışma 90 dəqiqə davam edib.
Günün 2-ci məşqi yerli vaxtla 18:45-də (Azərbaycan vaxtıyla) baş tutub. Bu dəfə taktiki hazırlıq üzərində qurulan məşq də 90 dəqiqə davam edib. Ayağında yüngül zədə olan Dani Kintana isə məşqin müəyyən hissəsində iştirak etdi. İspan yarımmüdafiəçinin bu gün komandayla tam məşq edəcəyi gözlənilir.
Bundan əlavə, son çempionun yeni sınaqçı rəqibləri də müəyyənləşib. Belə ki, iyunun 30-da Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq Qurban Qurbanovun komandası Bakıya qayıdana qədər daha 2 yoldaşlıq oyununda gücünü sınayacaq. Ağdamlılar iyulun 3-də, saat 17:30-da Ruminiya nəhəngi "Styauya" ilə, 7-sində isə Rusiyanın "Lokomotiv" (Moskva) ilə qarşılaşacaq.İyunun 8-i isə komanda Azərbaycana qayıdacaq.
(Klub saytı)
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Digər idman növləri2024-05-05 16:22
“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi