Ölkə futbolu
Yenə ispanlar…
İyulun 2-də Avropa Liqasının 1-ci təsnifat mərhələsi ç?…
İyulun 2-də Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "İnter" Albaniyada "Laçi" ilə üz-üzə gələcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı Karlos Del Serro Qrandenin rəhbərlik etdiyi ispaniyalı hakimlər briqadası idarə edəcək.
39 yaşlı ədalət təmsilçisi 2013-cü ildən FİFA referisi statusunu daşıyır. Adıçəkilən hakim nə millimizin, nə də ki, klublarımızın matçlarında fit çalmayıb.
İspan hakimlərin indiyədək təyinat aldığı oyunlara nəzər salsaq, heç də xoş mənzərə ilə rastlaşmarıq. Belə ki, pirineylilər indyədək 7 dəfə təmsilçilərimizin matçında ədaləti qoruyublar. Bu görüşlərin 6-da məğlubiyyətlə üzləşmişik, 1 matçda isə böyükhesablı qələbəyə sevinmişik. Məğlubiyyətə düçar olduğumuz həmin qarşılaşmadan biri isə məhz "İnter"in payına düşür. 2008-ci ildə baş tutan həmin görüşdə "bankirlər" Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsi çərçivəsində Serbiyanın "Partizan" klubuna 0:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırmışdılar.
İspan hakimlərin idarə etdiyi oyunlarımızdan ən yaddaqalanı isə Azərbaycan – Polşa qarşılaşmasıdı. Belə ki, 2005-ci ildə Dünya Çempionatının seçmə oyunlar (DÇSO) çərçivəsində baş tutan görüşdə matçın baş hakimi Alberto Undiano Malenko yığmamızın baş məşqçisi Karlos Alberto Torresi texniki zonadan kənarlaşdırmışdı. Qeyd etmək yerinə düşər ki, həmin oyun Torresin baş məşqçi kimi millimizə rəhbərlik etdiyi son qarşılaşma oldu.
Pirineyli ədalət təmsilçilərinin idarə etdiyi oyunlarda indiyədək 1 penalti təyin olunub ki, onda da bu qərar bizim lehimizə verilib.
Yekunda ispan hakimlərin idarə etdiyi oyunların siyahsına nəzər salaq .
02.06.01. Türkiyə 3:0 Azərbaycan (DÇSO-2002)
04.06.01. Azərbaycan 0:3 Polşa (DÇSO – 2006)
04.07.07. "Dinamo" (Xorvatiya, Zaqreb) 3:1 "Xəzər Lənkəran (ÇL)
19.07.07. "Rid" (Avstriya) 3:1 "Neftçi" (Uefa Kuboku)
06.08.08. "Partizan" (Serbiya) 2:0 "İnter" (ÇL)
22.10.08. Azərbaycan (U-19) 0:1 Macarıstan (U-19) (AÇSO-2009)
25.10.08. San Marino (U-19) 0:5 Azərbaycan (U-19) (AÇSO-2009)
04.06.01. Azərbaycan 0:3 Polşa (DÇSO – 2006)
04.07.07. "Dinamo" (Xorvatiya, Zaqreb) 3:1 "Xəzər Lənkəran (ÇL)
19.07.07. "Rid" (Avstriya) 3:1 "Neftçi" (Uefa Kuboku)
06.08.08. "Partizan" (Serbiya) 2:0 "İnter" (ÇL)
22.10.08. Azərbaycan (U-19) 0:1 Macarıstan (U-19) (AÇSO-2009)
25.10.08. San Marino (U-19) 0:5 Azərbaycan (U-19) (AÇSO-2009)
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?