Ölkə futbolu
"Xəzər Lənkəran"da 6 yeni futbolçu
Mövsümlərarası yay fasiləsində təlim-məşq toplantıs?…
Mövsümlərarası yay fasiləsində təlim-məşq toplantısına start verən “Xəzər Lənkəran” eyni zamanda transfer çalışmalarını da davam etdirir. Futbolinfo.az xəbər verir ki, "ağ-yaşıllar"ın düşərgəsinə yaxın günlərdə öncədən gözlənlindiyi kimi üç yox, altı (və ya yeddi) yeni futbolçu qoşulacaq.
Belə ki, 3 (Qana əsilli) Afrikalı futbolçu ilə yanaşı, iki braziliyalı, bir Serb və bir Rumın futbolçu da komandanın düşərgəsinə təşrif buyuracaq. Onlardan ikisi ilə bir başa müqavilə bağlanacağı gözlənilsə də, qalanlarının baxışdan keçəcəkləri deyilir. Və yalnız baş məşqçi Yunis Hüseynovun yekun sözündən sonra həmin legionerlərlərin taleyinə aydınlıq gələcək.
(12cioyuncu.info)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?