Ölkə futbolu
“Neftçi” Boqatinovdan niyə imtina etdi?
“Neftçi” Makedoniya yığmasının qapıçıs…
“Neftçi” Makedoniya yığmasının qapıçısı Martin Boqatinovun xidmətindən imtina edib. Bu barədə məlumatı futbolinfo.az saytına komandanın baş məşqçisi Samir Əliyev verib.
Gənc çalışdırıcı 29 yaşlı qolkiperdən imtina etmələrinin səbəbini bu cür izah edib: “Əcnəbi əlcək sahibini gətirdikdə, sərəncamımızda olan qapıçıdan 1 baş üstün olmalıdı. Boqatinov Aqil Məmmədov səviyyəsində olan bir qolkiperdi. Belədə, onun xidmətlərinə heç bir ehtiyacımız yoxdu. Aqilin səviyyəsi bizi qane edir. Avropa Liqasında da əsas qapıçımız Məmmədov olacaq”.
Qeyd edək ki, “Neftçi” – “Mladost” (Çernoqoriya) görüşü iyulun 2-də, saat 21:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?