Premyer-liqa
Premyer Liqada növbəti mövsümün başlanma vaxtı açıqlandı
Topaz Premyer Liqasında 2015/16 mövsümünün başla…
Topaz Premyer Liqasında 2015/16 mövsümünün başlama vaxtı məlum olub. Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, yeni mövsümün startı avqustun ikinci həftəsində veriləcək. Birinci turun oyunlarının avqustun 8-9-da keçirilməsi planlaşdırılır. Çempionatın püşkatması isə iyulun üçüncü həftəsində, daha da konkretləşdirsək, 15-20-si aralığında olacaq.
Yeni mövsümün başlamasına cəmi bir ay vaxt qalmasına baxmayaraq, “Simurq” hələ də təlim-məşq toplanışına yığışmayıb. Aparıcı futbolçularının hamısı və məşqçilər korpusu ilə yollarını ayıran Zaqatala təmsilçisinin elitada iştirakı sual altına düşüb. Hətta yayılan söz-söhbətə görə, “Simurq”u Premyer Liqada “Bakı” əvəz edəcək.
Ancaq Ramin Musayev bunun baş tutmayacağını söyləyib. O qeyd edib ki, “Simurq”, eləcə də ciddi maliyyə problemi ilə üzləşən AZAL 2015/16 mövsümünü də Premyer Liqada keçirəcək: “O ki qaldı “Bakı”ya, bu klubun Azərbaycan futboluna böyük xidmətləri olub. Ancaq qanun hamı üçün eynidi. “Bakı” Premyer Liqanı tərk etdiyindən, gələn mövsüm 1-ci divizionda iştirak etməli olacaq”.
(apasport.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”