Ölkə futbolu
"Zirə"dən növbəti transfer
Hazırlığını Türkiyədə davam etdirən “Zirə” d…
Hazırlığını Türkiyədə davam etdirən “Zirə” daha bir futbolçu ilə güclənib. Futbolinfo.az xəbər verir ki, nigeriyalı Çimezi Mba Batı təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.
Müdafiəçi İsrail təmsilçisi, Petax-Tikvanın “Hapoel” klubundan ölkəmizə gəlib. Peşəkar karyerasına vətənində başlayan Mba milli komandadakı çıxışı ilə avropalıların diqqətini çəkib. 23 yaşlı müdafiəçi əvvəlcə Belçika, ardından isə İsrailə yollanıb. Mba Nigeriyanın U-20 yığma komandasinda oynayib. O, 2011-ci ildə Kolumbiyada keçirilən dünya çempionatında da iştirak edib. Həmin vaxt Mbanın yer aldığı Nigeriya yığması qrupda 1-ci yeri tutub. 1/8 final mərhələsində İngiltərəni məğlub edən Çimezinin komandası 1/4-də Fransaya penalti seriyalarında uduzub.
(Klub saytı)