Ölkə futbolu
Qurbanov ümidlidi
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk …
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Seltik"in qonağı olan "Qarabağ" 0:1 hesabı ilə uduzub. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin sualarını cavablandırıb.
Təcrübəli mütəxəssis məğlubiyyəti belə şərh edib: “Oyundan razı qaldım. Futbolçularımızın oyunu çox xoşuma gəldi. Nəticəni də müəyyən mənada qənaətbəxş saymaq olar”.
43 yaşlı çalışdırıcı cavab oyunu ilə bağlı ümidli danışıb: “Komandam Bakıda qalib gəlməklə cütün taleyini öz xeyrinə həll etmək gücündədi. Düşünürəm ki, futbolçuların fərdi ustalığına görə biz daha yaxşıyıq. Daha güclü oyun keyfiyyətlərinə malikik. Səfər matçında qol vurmaq istəyirdik, lakin alınmadı. Ümid edirəm ki, cavab oyununda bunu bacaracağıq”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı avqustun 5-də keçiriləcək.