Ölkə futbolu
Valverde: "İnter" geniş publika üçün "gizli qutu"du"
İspaniya “Atletik”inin baş məşqçisi Ernesto Val…
İspaniya “Atletik”inin baş məşqçisi Ernesto Valverde “İnter” lə baş tutacaq Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu öncəsi komandasının favorit olduğunu bildirib. Futbolinfo.az xəbər verir ki, o, nəzəriyyəni praktikaya köçürməli olduqlarını unutmadıqlarını bildirib.
Bilbao təmsilçisinin çalışdırıcısı “İnter”in geniş publikaya tanış olmadığını bildirməklə yanaşı, Azərbaycan vitse-çempionunun oyununu təhlil etdiklərini də gizlətməyib:
“Bəli, gizlətmirəm, cütlüyün favoriti bizik. Ancaq, bu, nəzəriyyədi. Meydanda nələrin baş verəcəyini indidən söyləmək çətindi. “İnter” geniş publika üçün “gizli qutu”du. İçindən nə çəxacağı hamı üçün maraqlıdı. Bu komandanın heyətində keyfiyyətli futbolçular yer alıb. Düşünürəm ki, oyunlarını müdafiədən quracaqlar. Ancaq “İnter” maraqlı yarımmüdafiə xəttinə sahibdi. Onlar hücum etməyi bacarırlar. Doğrudu mövsümə indi başlayırıq, ancaq düşünmürəm ki, futbolçularım psixoloji cəhətdən əziyyət çəksinlər”.
Qeyd edək ki, “Atletik” – “İnter” görüşü bu gün Bakı vaxtı ilə 23:45-də start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?