Ölkə futbolu
Adil Şükürov: "Nəyəsə nail olduğumuzu deyə bilərəm"
“Zirə” Türkiyənin Ərzurum şəhərindəki təlim-m…
“Zirə” Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurub. Futbolinfo.az xəbər verir ki, son yoxlama oyununda Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşan "qartallar" 1:3 hesabı ilə uduzub.
Bakı təmsilçisinin baş məşqçisi Adil Şükürov klub saytının suallarını cavablandırıb: “Bu oyunda da komandanın həyata keçirmək istədiyimiz taktikanı necə mənimsədiyini görməyə çalışdıq. Təbii ki, kollektivin az müddətdə bərabər olması anlaşma və taktiki gedişlərdə öz təsirini göstərir. Həmçinin, ümumi yüklənmə dövründəki yorğunluq da hiss olunurdu. Hazırlaşmaq üçün çox az vaxtımız olub. Ancaq ümumilikdə oyun planı və fiziki hazırlıq baxımından nəyəsə nail olduğumuzu deyə bilərəm. Heyətin tam formalaşması da müəyyən qədər vaxt apardı. Legionerlər toplanışın son günlərində bizə qoşuldular. Onlardan biri isə Bakıda komandanın düşərgəsində olacaq. Çalışacağıq ki, Premyer Liqanın startına kimi mümkün qədər yaxşı hazırlaşaq. Oyuna gəlincə, yoxlama görüşlərində nəticə önəmli deyil. Taktiki tapşırıqlarla yanaşı, futbolçulara mümkün qədər ehtiyatlı oynamağı tövsiyyə etmişdim. Qarşılaşmadan öncə də onlara dedim ki, burada nəticə önəmli deyil, siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsız. Kiçik zədələri nəzərə almasaq, təlim-məşq toplanışını itkisiz başa vurduğumuzu deyə bilərəm”.