Dünya futbolu
FİFA prezidentiliyinə koreyalı namizəd
FİFA-nın vitse-prezidenti Çon Monc sözügedən qurum…
FİFA-nın vitse-prezidenti Çon Monc sözügedən qurumun prezidentliyinə namizədliyini irəli sürmək qərarına gəlib. Futbolinfo.az xəbər verir ki, cənubi koreyalı funksioner qərarını belə izah edib:
“Əgər mən seçilsəm, işim dəbdəbəli ofisdən zövq almaq olmayacaq. Mənim işim onu dəyişməkdi”. Məşhur "Forbes" jurnalının məlumatına görə 63 yaşlı asiyalının sərvəti 1.2 milyard dollar dəyərindədi.
Qeyd edək ki, hazırkı FİFA prezidenti Yozef Blatter 1998-ci ildən rəhbərlik etdiyi bu qruma mayın 29-da ardıcıl 5-ci dəfə rəhbər seçilib. Lakin isveçrəli iyunun 2-də tutduğu vəzifədən könüllü olaraq istefa vermişdi. Quruma seçiləcək yeni rəhbərin kimliyinə 2016-cı il fevralın 26-da aydınlıq gələcək.