Ölkə futbolu
"Kəpəz" 1-ci divizon klubu ilə bacarmadı
Qarşıdakı mövsümə hazırlığı Gəncədə davam etdirə…
Qarşıdakı mövsümə hazırlığı Gəncədə davam etdirən “Kəpəz”in əvəzedici heyəti yoxlama oyunları keçirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, komanda bu dəfə 1-ci divizonda çıxış edən “Şəmkir” ilə üz-üz gəlib.
Şəmkir Olimpiya İdman Kompleksində keçirilən oyun “qırmızı-ağlar”ın qələbəsi ilə başa çatıb – 3:2.
Oyuna istənilən kimi başlaya bilməyən gəncəlilər bir-birinin ardınca rəqibin 3 qoluna mane ola bilməyib. Yalnız fasilədən sonra toplanmağı bacaran “sarı-göylər” əzmkarlıq göstərərək, buraxılan qollardan ikisinin əvəzini çıxıb.
Nəzərinə çatdıraq ki, iyulun 21-də tərəflər sınaq matçında Gəncədə qarşılaşmış və həmin oyun 2:2 hesablı heç-heçə ilə nəticələnmişdi.
("Kəpəz"in mətbuat xidməti)