Premyer-liqa
Sabiq "Qarabağ"lılar hamını qabaqlayır
Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə iş…
Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə iştirak edəcək 10 klubdan 9-u əvvəllər də güclülər dəstəsində çıxış edib. Bu o deməkdir ki, həmin klublar Premyer Liqadakı rekordçulara malikdi.
Futbolinfo.az xəbər verir ki, bunlar komandanın heyətində güclülər dəstəsində ən çox oyun keçirən və ən çox qol vuranlardı. 9 klubun ümumilikdə 18 rekordçusu var. Yalnız Viktor Mendi hər iki göstəricidə “Qəbələ”nin rekordçusudu. Lakin o, bir göstəricidə şərikli nəticəyə malikdir. “Zirə” Premyer Liqanın debütantı olduğundan klubun rekordçusu yoxdu.
Klubun heyətində çempionatda ən çox oyun keçirən futbolçular
“Qarabağ”: Aslan Kərimov – 268
“İnter”: Vladimir Levin – 205
“Qəbələ”: Dodo, Viktor Mendi – 112
“Neftçi”: İqor Getman – 182
AZAL: Usim Nduka – 208
“Xəzər Lənkəran”: Rahid Əmirquliyev – 236
“Sumqayıt”: Slavik Alxasov – 92
“Kəpəz”: Azər Məmmədov – 186
“Rəvan”: Ramazan Abbasov – 70
Klubun heyətində çempionatda ən çox qol vuran futbolçular
“Qarabağ”: Müşfiq Hüseynov – 109
“İnter”: Baçana Sxadadze – 31
“Qəbələ”: Viktor Mendi – 29
“Neftçi”: Samir Ələkbərov – 99
AZAL: Zohair Benouahi – 24
“Xəzər Lənkəran”: Zaur Ramazanov – 33
“Sumqayıt”: Məhəmməd Qurbanov – 18
“Kəpəz”: Fazil Pərvərov – 80
“Rəvan”: Xuan Manuel Varea – 17
(pfl.az)
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Ölkə futbolu2024-05-09 13:53
“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-08 18:55
“Qəbələ” futbolçuları Gəncədə döyüldü