Müsahibə
Çəlikəl: "Qurbanov mənə bu barədə heç nə deməyib"
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlik?…
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəlin futbolinfo.az saytına müsahibəsi:
– Qarşıda “Seltik”lə cavab matçı var. Bu oyunla bağlı nə deyə bilərsiz?
– Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çalışacağıq ki, nəticə yaxşı olsun.
– Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Çalışacağıq ki, nəticə yaxşı olsun.
– Əlhərbi Əl-Jaduyi başda olmaqla yeni transferlər elə də effektli görünmür. Onların oyunu sizi qane edirmi?
– Xeyr, mən onların oyunundan razıyam. Komandanın baş məşqçisi kimin gücünün nəyə çatdığını bilir. Ona görə də biz məşqçimizə inanırıq. Onun gördüyü tədbirlər mənə elə gəlir ki, düzgündü.
– Xeyr, mən onların oyunundan razıyam. Komandanın baş məşqçisi kimin gücünün nəyə çatdığını bilir. Ona görə də biz məşqçimizə inanırıq. Onun gördüyü tədbirlər mənə elə gəlir ki, düzgündü.
– Komanda mərhələ adlasa, yeni transferlərin olacağı gözlənilirmi? Ümumiyyətlə, Qurban Qurbanov sizə bu barədə nəsə deyibmi?
– Bəli, ola bilər. Yerli futbolçu qalmayıb. Əgər yeni oyunçu alınsa, bu legioner olacaq. Amma hələ ki, Qurbanov mənə bu barədə heç nə deməyib.
– Bəli, ola bilər. Yerli futbolçu qalmayıb. Əgər yeni oyunçu alınsa, bu legioner olacaq. Amma hələ ki, Qurbanov mənə bu barədə heç nə deməyib.
– “Seltik”lə Şotlandiyadakı matçın yayımlanmaması ən çox müzakirə olunan mövzulardan biridi. Deyilənə görə, “Qarabağ” artıq Bakıdakı oyunun yayın hüququnu qarşı tərəfə satıb. Aztv isə şotlandlardan yayın hüququnu almaq üçün sadəcə, pul vermək istəməyib. “Qarabağ” dövlət kanalını pis vəziyyətdə qoymamaq üçün onların günahsız olduğunu bildirib…
– Xeyr, belə şey yoxdu. “Seltik” öz ölkəsinin qanunlarına görə yayım hüququnu satmayıb. Həmçinin, onlar stadiona azarkeş cəlb etmək üçün bu yola əl atmışdılar. Həm də ola bilər ki, qarşı tərəfin bəzi telekanallarla oyun satmamaq üçün müqavilələri var.

– Neçə illərdi futboldasınız. Dünyanın ən qədim futbol ölkələrndən biri olan Şotlandiyada stadiona azarkeş cəlb etmək üçün bu yoldan istiafdə olunması sizə inandırıcı gəldimi?
– Hər halda bizə deyilən səbəb bu idi. Mən həmin klubun içində deyiləm. Onların bizə verdiyi cavabı deyirəm.
– Hər halda bizə deyilən səbəb bu idi. Mən həmin klubun içində deyiləm. Onların bizə verdiyi cavabı deyirəm.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?