Ölkə futbolu
AFFA Ukrayna və Xorvatiyanı şoka saldı
AFFA-nın Premyer Liqanın yayım hüququnu CBC kanalına verməsi…
AFFA-nın Premyer Liqanın yayım hüququnu CBC kanalına verməsi birmənalı qarşılana bilməz. Tamaşaçılara Azərbaycanda çempionat oyunlarının rusca təqdim edilməsi doğrudan da analoqu olmayan rüsvayçılıqdı. Bəs ölkə xaricində necə, bu cür praktika yaşanıbmı? Ukrayna və Xorvatiyadan olan həmkərlarımıza bu sualı verdikdə şoka düşdüklərini gizlətmədilər.
Leonid Frantseskeviç (“Pobeda” internet portalının baş redaktoru): “Bu cür qərar ağlasığmazdı. Üstəlik azərbaycan və rus dilləri arasında bənzərliklər də yoxdu. Məsələn, türk dilində olsaydı, hansısa şəkildə don geyindirmək mümkün idi. Ancaq bunu da düzgün saymaq olmaz. İndi rusca bilməyən azərbaycanlı futbolsevərlərin bir çıxış yolu qalır: təcili şəkildə rus dili kurslarına yazılmaq. Bu cür hal dünyanın heç bir yerində yaşanmayıb. Ukraynada belə bir qərar qəbul edilsəydi, idman ictimaiyyəti federasiyaya kəskin təzyiq göstərərdi. Özü də bu təzyiqlər, qərara xitam verilməyənədək davam edərdi”.
“Veçernyi List” (Večernji List) qəzetinin idman yazarı Zelyko Yankoviç: "Açığı çox təəccübləndim. Heç belə şey olar?! Çox mənasız qərardı. Təsəvvür edin ki, bizim çempionatın oyunları ölkəmizdə ispanca, yaxud almanca şərh olunur (gülür). Adamı daş-qalaq edərlər. Birinci dəfədi ki, belə şey eşidirəm. Yəqin bunu edənlərin nəsə maraqlı planı var (gülür). Çox qəribədi. Hər bir ölkədə çempionat matçları yerli dildə şərh olunur. Heç olmasa, beynəlxalq dillərdən biri ilə, məsələn, ərəbcə, yaxud almanca şərh edərdilər (gülür). Axı, rus dili heç beynəlxalq dillər qrupuna da daxil deyil".
ELMAR VƏLİYEV
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?