Müsahibə
Qurbanov: “İlk dəqiqələrdən fərqlənmək yaxşı olardı”
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsind…
Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində 3-cü turun cavab qarşılaşmaları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” evdə Şotlandiya “Seltik”ini qəbul edəcək.
Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu fikirləri səsləndirib:
– Əvvəlcə hamını salamlayıram. Orada bizə qarşı həm azarkeşlər, həm də klub rəhbərliyi tərəfindən yaxşı münasibət oldu. Oyuna gəldikdə isə bizi yaxşı komandaya qarşı oyun gözləyir. Özümüzə gəldikdə isə oyunun əhəmiyətini başa düşürük. Düzdü, ilk oyundan sonra üstünlük rəqibin tərəfindədi. Ancaq biz əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi məyus etməyək.
– Qazonun durumu barədə nə deyə bilərsiz?
– Deyiləcək bir şey yoxdu. İsti havalarda belə hallar olur. Ola bilər ki, qazonun durumu sürətli oyuna mane olsun. Buna baxmayaraq, çalışacağıq ki, əlimizə düşən imkanlardan istifadə edək.
– Deyiləcək bir şey yoxdu. İsti havalarda belə hallar olur. Ola bilər ki, qazonun durumu sürətli oyuna mane olsun. Buna baxmayaraq, çalışacağıq ki, əlimizə düşən imkanlardan istifadə edək.
– "Qarabağ" sürətli oyuna və qısa ötürmələrə üstünlük verir. Ancaq belə qazon buna imkan vermir. Ot örtüyünün bərbad vəziyyətinə görə taktikada dəyişiklik edəcəksiz?
– Ola bilsin, müəyyən dəyişikliklər etdik. Əlimizdən gələni edəcəyik ki, mümkün olduqca yaxşı oyun sərgiləyək.
– Ola bilsin, müəyyən dəyişikliklər etdik. Əlimizdən gələni edəcəyik ki, mümkün olduqca yaxşı oyun sərgiləyək.
– Necə düşünürsüz, komanda ilk dəqiqələrdən hesabı açmaq üçün hücuma atılmalıdı, yoxsa müdafiə barədə düşünməlidi?
– Əlbəttə, ilk dəqiqələrdən fərqlənmək yaxşı olardı. Ancaq bizim üçün vacib olan qol buraxmamaqdı.
– Əlbəttə, ilk dəqiqələrdən fərqlənmək yaxşı olardı. Ancaq bizim üçün vacib olan qol buraxmamaqdı.
ELMAR ABDULLA-ZADƏ