Ölkə futbolu
Premyer Liqa avqustun 8-də başlamayacaq
Premyer Liqanın 2015/2016 mövsümünün ilk turunun …
Premyer Liqanın 2015/2016 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib. Futbolinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası klublarımızın avrokuboklardakı çıxışını, oyunların keçiriləcəyi stadionların tam hazır vəziyyətə gətirilməsini, matçların canlı yayımlanacağını nəzərə alaraq, 3 görüşün vaxtının dəyişdirilməsini vacib bilib.
Belə ki, “Neftçi” – “Kəpəz” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, avqustun 8-də deyil, 9-da baş tutacaq. “Rəvan” və “Sumqayıt” komandaları arasındakı oyun ayın 8-dən 10-na keçirilib. “Qəbələ” – “Qarabağ” matçı 9 avqustda deyil, 10 avqustda baş tutacaq.
Bu yerdəyişmələrlə bağlı dünən ilkin xəbəri vermişdik. Fərq ondadı ki, PFL ayın 8-dəki hər iki oyunu ertələyib, əvəzində "Xəzər Lənkəran" – "İnter" matçı təxirə salınmayıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?