Müsahibə
İlqar Qurbanov: "Səfərdəki matçda bunu göstərə bilmişdik"
Ötən gün UEFA Çempionlar Liqasında (ÇL) 3-c&…
Ötən gün UEFA Çempionlar Liqasında (ÇL) 3-cü təsnifat mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki yeganə təmsilçimiz "Qarabğ" evdə Şotlandiya təmsilçisi "Seltik"lə 0:0 bərabərə qalaraq, (ilk matçda 0:1 hesablı məğlubiyyət), turnirdə mübarizəni dayandırıb.
Matçdan sonra Ağdam klubunun müdafiəçisi İlqar Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– İlk öncə bura gələn azarkeşlərə çox sağ ol demək istəyirəm. Bizə sona kimi dəstək oldular. Təəssüf ki, mərhələni adlaya bilmədik. Rəqibdən zəif oynadığımızı demək istəməzdim. Hətta meydanda üstün tərəf biz idik. Qol şanslarımız oldu, dəyərləndirə bilmədik.
– “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində çıxış edəcəyinə sevinirsən, yoxsa Çempionlar Liqasında mübarizəni dayandırdığınıza görə üzülürsən?
– Artıq 2-ci ildi ki, bu şansı əldən veririk. Bu mərhələni keçmək istəsək də, çox təəssüf ki, alınmadı.
– Artıq 2-ci ildi ki, bu şansı əldən veririk. Bu mərhələni keçmək istəsək də, çox təəssüf ki, alınmadı.
– Ötən mövsüm “Qarabağ” “Zalsburq”a uduzanda meydanda göstərilən oyuna əsasən, komandanın Avroliqanın pley-off mərhələsində uğurlu çıxışına inam var idi. Lakin cari mövsüm komanda oyunu ilə ümid vermir…
– Meydança amilinə toxunmaq istəmirəm. Komandadan ayrılan futbolçular var, həmçinin yenilər də tam uyğunlaşmayıb.
– Meydança amilinə toxunmaq istəmirəm. Komandadan ayrılan futbolçular var, həmçinin yenilər də tam uyğunlaşmayıb.
– Amma uğur əldən gedir…
– İndi Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız var. Çalışacağıq ki, qrup mərhələsinə vəsiqə qazanaq.
– İndi Avropa Liqasının qrup mərhələsinə düşmək şansımız var. Çalışacağıq ki, qrup mərhələsinə vəsiqə qazanaq.
– Belə oyunla mərhələ adlamağa inam varmı?
– Əlbəttə. Səfərdəki matçda da biz bunu göstərə bilmişdik.
– Əlbəttə. Səfərdəki matçda da biz bunu göstərə bilmişdik.
– Oyundan sonar Tahir Gözəl soyunub-geyinmə otağında futbolçulara nə dedi?
– Həmişə olduğu kimi bizimlə fəxr etdiyini bildirdi və hamıya “çox sağ ol” dedi. Uduzsaq da, udsaq da, o, həmişə yanımızdadı.
– Həmişə olduğu kimi bizimlə fəxr etdiyini bildirdi və hamıya “çox sağ ol” dedi. Uduzsaq da, udsaq da, o, həmişə yanımızdadı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”