Bizi izləyin

Müsahibə

Sergey Zenyov: "Axır ki arzuladığım kluba keçdim"

“Qəbələ”nin yay fasiləsində ilk əcnəbi transferlər…

blank
“Qəbələ”nin yay fasiləsində ilk əcnəbi transferlərindən olan Sergey Zenyov ümidləri doğruldur. Avropa Liqasının 2-ci mərhələsində, “Çukariçki” ilə cavab matçını isə 26 yaşlı eston hücumçunun benefisi saymaq olar. Hər halda, təmsilçimiz tarixi qələbəni həm də onun dublu sayəsində qazandı.
“Ana babam tatar, müsəlman olub”
 
– Xarici görünüşcə estona, ümumiyyətlə, Baltikyanı ölkə təmsilçisinə bənzəmirsən.
– Doğrudu. Ana babam tatar, müsəlman olub. Soyadı Boqudinovdu. Mən uşaq olanda dünyasını dəyişib. Həyat yoldaşı eston olsa da, özü vaxtilə Tatarıstandan köçüb gəlmişdi. Atam rus, anamsa estondu. Estonlar, əsasən, sarışın olur. Mənsə qaraşınam, daha çox qafqazlılara bənzəyirəm. Onlar kimi texnikalı oyunu sevirəm. Bəzən məni ispanlara da bənzədirlər (gülür).
– Bura gəlməzdən öncə bizim futbolu necə təsəvvür edirdin və indi hansı f kirdəsən?
– Azərbaycan futbolu barədə az da olsa, eşitmişdim. Ölkənizdə oynayan həmyerlilərimlə söhbət etmişdim. Ancaq konkret təsəvvürüm yox idi. İndi görürəm ki, Azərbaycan futbolu yetərincə yaxşı səviyyədədi. Elə “Qəbələ”də məşq etmək üçün yaxşı imkan, gözəl meydançalar var.
“O dedi ki, Azərbaycana get, peşman olmazsan"
– Buraya gəlməzdən öncə Dmitri Kruqlovun fikrini öyrənmisən.
– Bəli. Çünki estoniyalı futbolçulardan Azərbaycanda ən çox oynayan Kruqlov olub. O, mənə məsləhət gördü ki, Azərbaycana gəlim. Dedi təklifi qəbul etsən, peşman olmazsan. O, “Qəbələ”nin futbol üçün yaxşı şərait yaradan klub olduğunu da demişdi.
– Ancaq gənc oyunçular futbolu daha inkişaf etmiş ölkələrdə legioner həyatı yaşamağı üstün tuturlar. Buraya gələrkən, tərəddüd etmədin ki?
– Ukraynada çıxış etdiyim zaman Avropanın güclü klublarından birinə keçmək istəyirdim. Bu şansı qazandım və İngiltərəyə yollandım. Oynadığım “Blekpul” I divizion klubu olsa da, 3 il əvvəl Premyer Liqada oynayırdı. Ancaq elə dəhşətli bir yerə düşdüm ki… orada gördüklərimi, ümumiyyətlə, xatırlamaq istəmirəm. Yaxın keçmişdə İngiltərə Premyer Liqasında mübarizə aparan bu klubda işlər peşəkarlıqdan uzaq idi. Formalar yuyulmur, futbolla bağlı elementar ləvazimatlar çatışmırdı. Bunları görəndən sonra düşünürdüm ki, bütün işləri qeyri-peşəkar səviyyədə qurulan “Blekpul” necə olub ki, Premyer Liqada çıxış edir?
 
– Bəs “Blekpul”da olduğu kimi Moskva “Torpedo”sunda da yarım il qalmağın nə ilə bağlı oldu? Ötən mövsüm şərəfini qoruduğun bu klubda da az oyun keçirmisən.
– Görünür, baş məşqçi mənə güvənmək istəmirdi. Komandaya yeni gəlmişdim. “Torpedo” tarixi olan klubdur. Rusiya Premyer Liqası isə səviyyəli çempionatdır. Ancaq bu komanda da liqada qalmaq uğrunda mübarizə aparırdı. Bilirsiniz, son illərdə oynadığım klubların məqsədi, əsasən, liqada öz yerini qorumaq olub. Belə komandalarda oynayan futbolçularda qələbə ruhu zəif olur. Mən isə əksinə, iddialı klublarda oynamaq istəyirdim.
– Yəni “Qəbələ” istəyinə tam cavab verən klub oldu.
– Bəli. Axır ki arzuladığım kluba keçdim. Çox şadam ki, mükafatlara oynayan, avrokuboklarda çıxış edən, mərhələ adlayan iddalı komandada çıxış edirəm.
– “Qəbələ” məhz sənin dublun sayəsində tarixində ən böyük nəticəyə imza atdı.
– Avropa Liqası turnirinə ciddi önəm veririk. Yarış davam etdikcə, əsas məqsədimiz növbəti mərhələyə çıxmaq olur. Qalib gəlmişiksə, bunda bütün komandanın əməyi var. “Çukariçki”ni dublum sayəsində üstələsək də, özümü qəhrəman saymıram. Çünki futbolu 1 deyil, 11 nəfər oynayır. Heç bir oyunçu təkbaşına nəticə ala bilməz. Deməli, qəhrəman meydanda olanlardı, qapıçıdan tutmuş hücumçuyadək.
– “Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışının əsas səbəbini nədə görürsən?
– Səbəblər çoxdu. Bu, bütün klubun uğurudu. Prezidentimiz, klub rəhbərliyi nəticə qazanmaq üçün gözəl şərait yaradıb. Bu uğurda “Qəbələ” ilə bağlı olan hər bir insanın payı var. Təbii ki, əsas işi futbolçular və məşqçilər görür.
– Komandaya uyğunlaşma prosesi necə gedir?
– Əslində, mən heç 2 ay deyil komandadayam. Hələ ki 5 oyun keçirmişəm. Özümü getdikcə burada daha yaxşı hiss edirəm, tədricən yeni kollektivə uyğunlaşıram. Ümid edirəm ki, vaxt keçdikcə meydanda bir-birimizi daha yaxşı anlayacaq və daha yaxşı oyun göstərəcəyik. Əsas nəticədir ki, bu da bizdə var.
“Qalatasaray"la dramatik matçdan sonra qrupa düşdük"
– Aydın məsələdir ki, futbolçunun hansı mövqedə oynayacağını məşqçi müəyyənləşdirir. Ancaq, hər halda, harada oynamaq ürəyincədi, yarımmüdafiənin cinahında, yoxsa, hücumda?
– Hələ uşaqlıqdan, həmişə mərkəz hücumçusu olmuşam. Ancaq “Karpatı” da baş məşqçim, indi “Krasnodar”ı çalışdıran Oleq Kononov məni cinahda yoxladı və uğurlu alındı. Universallığım onun xoşuna gəlirdi. Beləcə, yığmada da məni yarımmüdafi ənin cinahında oynatmağa başladılar. Hər ikisində rahat oynaya bilirəm. Sadəcə, mövqeyim rəqibdən asılı olaraq müəyyənləşir. Elə matçlar olur ki, daha çox cinahlardan hücum qururuq, elə də olur ki, mərkəzdən.
– “Karpatı”da çıxış etdiyin 6 ildə “Qəbələ”dəki ukraynalılardan kimləri tanıyırdın?
– Heç biriylə şəxsən tanış deyildim. Onu bilirdim ki, Baltikyanı ölkələr Roman Qriqorçuka yaxşı tanışdır. Çünki uzun müddət Latviyada oynayıb, karyerasını orada bitirib, məşqçiliyə də orada başlayıb. Ukraynada isə “Çernomorets” də uzun müddət çalışıb.
– Maraqlıdı ki, Ukrayna çempionatında ilk qolunu “Şaxtyor”a, Aleksey Qay həmin komandada oynadığı vaxtda vurmusan.
– İlk qolumu “Şaxtyor”a vurduğum yadımdadı, ancaq Qayın həmin matçda oynadığı yox.
– Necə oldu ki, 18 yaşında Ukrayna Premyer Liqasına düşdün?
– Ardıcıl 2 il Estoniya çempionatının ən yaxşı gənc futbolçusu seçildim. Ölkədən kənara çıxmağımın özü böyük perspektiv idi. Mən buna gənc yaşlarımda nail oldum. Xarici klubda oynayıramsa, düşünürəm ki, bu faktın özü artıq Estoniya futbolu üçün nailiyyətdi.
– Avropa Liqasının qrup mərhələsində oyun təcrübən var. “Karpatı”yla buna necə oldunuz?
– 2010/11 mövsümündə yaxşı komandamız vardı. “Sevilya”, Dortmund “Borussiya”sı və PSJ kimi məşhur klublarla bir qrupda mübarizə aparırdıq. Deyim biləsiniz ki, qrupa pley-off mərhələsində “Qalatasaray”a üstün gəldikdən sonra düşmüşdük. Azərbaycana yaxın olan Türkiyədə oynadıq. İlk matçda İstanbulda 2:2 hesablı heç-heçə qeydə alındı. Evdə bizə 0:0 hesabı bəs edirdi. Ancaq 90-cı dəqiqədə qol buraxdıq. Buna baxmayaraq, ruhdan düşmədik və 90+1-də hesabı bərabərləşdirdik. Beləcə, dramatik matçda 1:1 hesabı qeydə alındı və biz qrup mərhələsinə vəsiqə qazandıq.
“Apollon"u da keçmək üçün bütün gücümüzü ortaya qoyacağıq"
– Bəs “Qəbələ” ilə qrupa düşmək perspektivini necə görürsən?
– Biz hələ ki qrup yox, “Apollon”la cavab oyunu düşünürük. Püşkdən gileylənə bilmərik. Çünki potensial rəqiblərimiz arasında Dortmund “Borussiya”sı, Belçikanın “Standard” və İngiltərənin “Vest Hem” komandaları vardı. “Apollon”u da keçmək üçün bütün gücümüzü ortaya qoyacağıq. “Qəbələ”ylə yeni tarix yazmaq istəyirik.
– “Apollon” necə rəqibdir?
– Çox texnikalı futbolçuları olan komandadı. Baş məşqçiləri portuqaliyalı olduğundan, heyətində portuqal, ispandilli futbolçular çoxdur. “Apollon” “Çukariçki”nin tam əksi, bizə münasib rəqibdi.
– "Qəbələ"nin Avropa Liqasında səfərdə keçirdiyi ilk oyunlarda qələbə qazana bilməməsini necə izah edərdin?
– Kubokda qalib, istənilən halda, 2 oyuna görə müəyyənləşir. Görünür, rəqiblərimiz ilk matçda qazandıqları qələbədən sonra arxayınlaşır və evdə onlara qalib gəlməklə mərhələ keçirik. Oyunlar göstərir ki, bu variant bizim üçün daha yaxşıdır. Hər halda, kubokda cavab matçını öz meydanında keçirmək sərfəli sayılır.
– Avrokuboklarda qol hesabını açsan da, ilk dublunu “Qəbələ”nin heyətində etdin. Özü də son 2 ayda rəsmi oyunlarda 2-ci dublundu.
– Elədi. İyunda millidə San-Marinoyla dubl etdiyim seçmə mərhələ matçında da 2:0 qalib gəlmişdik. Göz dəyməsin, dubl məndə yaxşı alınır (gülür). Bu, mənə özünəinam, yeni klubumda uğurlu başlanğıc baxımından çox lazım idi. Çünki ötən mövsümdə fərqlənə bilməmişdim. Avrokuboklarda artıq 4 qol vurmuşam. Sevinirəm ki, ilk dublum belə tarixi matça təsadüf etdi. Bir çox rekordların qeydə alındığı oyunda fərqlənməyim məni daha çox sevindirdi. Hər halda, tarixə düşə bildim. Tarixə düşmək isə hər zaman xoşdur.
– Qəbələdə və “Bakcell Arena”da oynamaq səndə hansı təəssüratlar yaradıb?
– “Bakcell Arena”dakı ab-hava məni yaxşı mənada təəccübləndirdi. Çünki “Qəbələ”nin matçına bu qədər azarkeşin gələcəyini düşünmürdüm. Tribunada bu qədər adam görmək bizdə xoş əhval-ruhiyyə yaratdı. Onlar bizə ürəkdən azarkeşlik edirdilər. Mən də
onları sevindirə bildiyim üçün şadam. Qəbələdə atmosfer isə, sadəcə, möhtəşəm idi. İstərdim, sonrakı ev oyunlarıımızı orada keçirək.
“Mendi kimi "9 nömrə"ni layiqincə daşıyacağam"
– “Qəbələ”də niyə məhz “9 nömrə”ni seçdin?
– Əvvəllər bu nömrəylə oynamamışam. Çıxış etdiyim 11 və 20 nömrəli formalar isə “Qəbələ”də boş deyldi. “9” heç kimdə olmadığından götürdüm. Həm də hücumçu üçün münasib nömrədi.
– Komandanda son 4 ildə “9 nömrə”ylə oyun, qol sayında rekordçu olan Viktor Mendi oynamışdı.
– Bu, mənim üçün maraqlı məlumatdı. Bəlkə “9 nömrə”də hansısa gözəgörünməz qüvvə var (gülür). Hər halda, “Qəbələ” üçün uğurlu nömrədir. Çalışacağam ki, mən də “9 nömrə”ni layiqincə daşıyım, çox qol vurum. Bu başdan gurultulu sözlər demək istəmirəm. Onu deyə bilərəm ki, “Qəbələ” ilə çox uğurlara imza atmaq istəyirəm. Premyer Liqanızda oynayandan sonra çempionatınız haqda əsaslı fikir yürüdə bilərəm. Bəzi komandalarınızın, “Qarabağ”ın oyununu televiziyadan görmüşəm. Güclü komandadır, yaxşı futbolçuları, braziliyalı oyunçuları var.
– Azərbaycanda çıxış edən yeganə estoniyalı futbolçu kimi vətənində bütün diqqət səndə olacaq.
– Bəli, bunu bilirəm və Azərbaycanda ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Artıq ailəmi də yanıma gətirmişəm. Bura çox xoşumuza gəlir. Azərbaycanda hava istidi, Estoniyada isə daha çox yağmurlu. Qəbələ gözəl təbiətə, təmiz dağ havasına malikdi. Bu, yeni doğulan övladım – oğlum Nikitanın da çox xeyrinə olacaq.
 
("Qəbələ İK")
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-07 01:31

“Mançester Yunayted” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-07 01:12

“Lill” doğma meydanda 4 qola üzüldü

blank
Dünya futbolu2024-05-07 00:56

“Atalanta”dan qələbə, “Napoli”dən xal itkisi

blank
Digər idman növləri2024-05-06 23:38

Azərbaycan karateçiləri AÇ-də mübarizə aparacaqlar

blank
Dünya futbolu2024-05-06 23:19

“Fənərbaxça” yenə xal itirdi

blank
Ölkə futbolu2024-05-06 22:50

AFFA-dan tələbələr üçün master-klass

blank
Premyer-liqa2024-05-06 22:31

“Komandanın yeni olması bu problemləri artırdı” – Diniyev

blank
Premyer-liqa2024-05-06 22:15

“Bu, inkişaf üçün çox vacibdir” – Sxadadze

blank
Premyer-liqa2024-05-06 21:58

“Səbail” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-06 21:31

AÇ-də iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli oldu

blank
Premyer-liqa2024-05-06 20:54

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
I Liqa2024-05-06 20:17

Liderdən növbəti qələbə

blank
Əvəzedicilər2024-05-06 19:29

“Sabah”ın əvəzedicilərindən 8 qolluq darmadağın

blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm