Ölkə futbolu
Çəlikəl: "İlk matçın səfərdə baş tutması çox yaxşı oldu"
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsind?…
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boys" komandası ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl püşkə münasibəti belə olub:
"Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumata malik deyiləm. Amma bu mərhələdə mübarizə aparırsa, deməli, "Yanq Boyz" da güclü komandadı. Biz də zəif komanda deyilik və bu matçlara çox ciddi hazırlaşacağıq ki, yenidən Avroliqanın qrup mərhələsinə düşək. Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə baş tutması çox yaxşı oldu. Çünki Bakıdakı cavab oyununda hər şeyə aydınlıq gələcək. Üstəlik, bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılması imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq".
Qeyd edək ki, "Qarabağ" ilk oyununu Bern şəhərinin 32 minlik "Stad de Suiss" stadionunda keçirəcək. Bu matç avqustun 20-də olacaq. Bundan bir həftə sonra isə Bakıda cavab matçı olacaq.