Ölkə futbolu
“Qarabağ” üçün 117 yaşlı “arılar”
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın…
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçrə “Yanq Boyz”u 1898-ci ildə yaradılıb. 117 yaşlı klub bu müddət ərzində 11 dəfə ölkə çempionu titulunu qazanıb.
Ölkə Kubokunu 6 dəfə başı üzərinə qaldıran “arılar”, sonuncu dəfə 1987-ci ildə bu nailiyyətə imza atıblar. Ölkə çempionluğunu isə bundan 1 il öncə sonuncu dəfə bayram ediblər.
Çempionlar Liqasında İsveçrə təmsilçisinin ən böyük uğuru yarımfinaladək irəliləməsi olub. Ancaq bu, uzaq 1956-1957 mövsümündə baş verib. UEFA Kuboku yarışlarında isə “Yanq Boyz” ən yaxşı halda ¼ finaladək irəliləyib. Onlar bu nəticəni 1987-1988 mövsümündə imza atıb.
“Arılar” ev oyunlarını 32 min tamaşaçı qəbul edən “Stad de Süiss” stadionunda keçirirlər.