Ölkə futbolu
Qurbanov: "Yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz"
"Qarabağ" baş məşqçisi Qurban Qurbanov Avropa Liq…
"Qarabağ" baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının play-off mərhələsi çərçivəsindəki "Yanq Boys"la (İsveçrə) oyun barəsində fikirlərini paylaşıb:
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boys" komandası ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşklə bağlı bu sözləri deyib:
"Avrokubokun bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan sonra “Yanq Boys” haqda kiçik araşdırma apardım. Maraqlı komandadı. Zəngin Avropa təcrübəsinə malikdilər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var. Ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindi. Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadı. Onun əsl gücünü onda görürsən".
Təcrübəli mütəxəssis hazırda bütün diqqətlərini çempionat oyununa yönəltdiklərini deyib: "Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyunu gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik".
(Klub saytı)