Ölkə futbolu
Ulduz “Qəbələ”yə qarşı oynamayacaq
Avropa Liqasının qrup mərhələsinə yüksəlmək uğrunda &ldq…
Avropa Liqasının qrup mərhələsinə yüksəlmək uğrunda “Qəbələ”ylə qarşılaşacaq Yunanıstan “Panatinaikos”u ciddi itkiylə üzləşib. Futbolinfo.az xəbər verir ki, Maykl Essyen komandasına kömək edə bilməyəcək.
32 yaşlı qanalı ulduz əməliyyatdan sonra bərpa olunmayıb. Bu səbəbdən o, hər iki görüşü tribunadan izləmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, bu komandalar arsında ilk oyun avqustun 20-də Bakıda, bir həftə sonra isə Afinada keçiriləcək.