Premyer-liqa
"Qəbələ"ni Sadiqov, "Qarabağ"ı azarkeşləri ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 1-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
“Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində qonaq komandanın futbolçusu Şəhriyar Əliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.Həmin matçın 57-ci dəqiqəsində ev sahiblərinin, 71-ci dəqiqədə isə Gəncə klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki kluba 1000 manat məbləğində cərimə kəsilib.
“Rəvan” – “Sumqayıt” matçının 40-cı dəqiqəsində qonaq komandanın futbolçusu Ağabala Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 73-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Rəşad Sadiqov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Həmin oyunun 85-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
(affa.az)