Müsahibə
Rauf Əliyev: "Neftçi"yə özümü göstərmək fikrində deyiləm"
Bakı "İnter"inin hücumçusu Rauf Əliyevin futb…
Bakı "İnter"inin hücumçusu Rauf Əliyevin futbolinfo.az saytına müsahibəsi:
– Əvvəla ilk turdakı "Xəzər Lənkəran" məğlubiyyəti ilə bağlı fikirlərini bilmək maraqlı olardı. Səncə, bu məğlubiyyətə səbəb nə oldu?
– Lənkəranda gözlənilməz məğlubiyyət aldıq, komanda çox yorğun idi. "Atletik"lə ağır matçdan 2 gün sonra oyuna çıxdıq. Həmçinin, bura yol yorğunluğunu da əlavə etmək lazımdı. Həm də gözlənilmədən erkən qol buraxdıq. Bu da oyunumuza çox təsir etdi.

– Məlum cəzadan sonra rəqib komandanın əsas futbolçularının meydanda olmayacağını bilirdiniz. Bu, sizdə arxayınçılıq yaratdımı?
– Vəziyyətdən xəbərimiz var idi. Bu heyət ötən il də meydana çıxmışdı. Arxayınçılıq yox idi. Amma bayaq dediyim kimi, çox yorğun idik.

– Qarşıda "Neftçi" ilə paytaxt derbisi var. Bu oyunda nəyə ümid edirsiniz, hazırlıqlarınız necə gedir?
– "Neftçi" ilə növbəti oyuna hazırlıqlarımız davam edir. İndi vəziyyət yaxşıdı, yorğun deyilik. Həm də evdə oynayacağıq. 1-ci turdakı məğlubiyyətdən sonra ilk 3 xalımızı qazanmaq istəyirik.

– Ötən mövsüm başa çatmamış "Neftçi"dən göndərildin. Bu qarşılaşmaya az da olsa qisas hissi ilə çıxacağını demək olarmı? Ən azı "Neftçi" rəhbərliyinin səni göndərməklə səhvə yol verdiyini göstərmək üçün əlavə motivasiya varmı?
– Xeyr, digər matçlarda hazırlaşdığım kimi bu oyuna da hazırlaşmışam. O ki, qaldı "Neftçi" rəhbərliyinə özümü göstərməyə, məni tanıyan tanıyır. Onlara özümü göstərmək fikrində deyiləm. Meydana özümü sübut etmək üçün çıxmıram. Olanlar keçmişdə qalıb. Onlar artıq qərarlarını verib. Mənim üçün hər şey hələ indi başlayır.

– "İnter"ə gələndən sonra çıxışında nə kimi dəyişiklər hiss edirsən?
– Ən vacib meydana çıxmaqdı, onu da edirəm. Oynadıqca da hər şey yoluna düşür. Çempionat hələ indi başlayır. Çalışacağam ki, əvvəlki oyunumu göstərim. Hələ ki, hər şey normaldı. Ola bilər "Neftçi"dəki bir-iki nəfərə görə bəzi problemlərim oldu. Amma indi hər şey qaydasındadı.

– Bir-iki nəfər deyəndə kimləri nəzərdə tutursan?
– Yox, məlum səbəblər idi. Artıq hər şey keçmişdə qalıb.

– Avroliqada 3 komanda ilə qarşılaşdınız Bundan başqa, ölkə çempionatında artıq 1 görüşə də çıxmısan. Ancaq meydana olduğun 7 qarşılaşmada cəmi 1 qola imza atmısan. Bu, o anlama gəlmirmi ki, hələ də əvvəlki formanı bərpa etməmisən?
– Mən məşqsiz birbaşa avroliqada oyunlara çıxmışam. İlk mərhələni birtəhər keçdik. Sonrakı turda "Hafnarfyordur"la matçda fərqlənə bildim. Ardınca, isə "Atletik"lə qarşılaşdıq. Onların gücü də hamıya bəllidi. Bilbaolulara da qol vurmaq bir az çətindi. Fikrimcə, qol vura bilməsəm də, meydandakı çıxışımla özümü göstərə bildim. O ki, qaldı Lənkərandakı məğlubiyyətə, hələ ilk turdu. İnanıram ki, qarşıdakı matçlarda daha uğurlu olacaq.

– İndiyədək bir neçə çalışdırıcının rəhbərliyi altında çıxış etmisən. Hazırkı baş məşqçin Zaur Svanadze digərlərindən nə ilə fərqlənir?
– Hər məşqçinin öz xüsusiyyəti var, eləcə də Zaur bəyin. Bir-bir sadalasam çox vaxt gedər.

– Sentyabrda milli komandanın Xorvatiya və Malta ilə matçları var. Yenidən yığma komandaya çağırılacağınla bağlı ümidin varmı?
– Açığı, bu barədə fikirləşmirəm. Çağırsalar da, çağırmasalar da özləri bilər. Əsas klubumda öz oyunumu göstərim.

– Belə başa düşülür ki, qarşıdakı oyunlara çağırılacağını özün də gözləmirsən…
– Yox. bayaq dediyim kimi, çağrılaram, ya yox bu, mənim üçün çox vacib deyil. Yəni bütün fikrimi milliyə cəmləməmişəm.

– Son vaxtlar futbolumuzda yerli hücumçu qıtlığı yaşanır. Azərbaycan millisinin hücum xətti də çox "dişsiz" görünür. Səncə, indi ki, vəziyyətdə milliyə çağrılmasan, gələcəkdə sənin üçün daha da çətin olmayacaqmı?
– Yox belə düşünmürəm. Əsas odu ki, klubumda daimi meydana çıxım. Millidə onsuz da, 1-2 matç oynayıb, qayıdırıq. Düzdü, yığmanın şərəfini qorumaq hamı üçün vacibdi. Yenə də deyirəm, çağırmasalar da, bunu elə də problem etmirəm.

ELMAR ABDULLA-ZADƏ