Premyer-liqa
Çempionatın ilk avtoqolu
24-cü ölkə çempionatında ilk avtoqol 2-ci turda qey…
24-cü ölkə çempionatında ilk avtoqol 2-ci turda qeydə alınıb. Futbolinfo.az xəbər verir ki, bu, "Rəvan" – "Qarabağ" matçında qeydə alınıb.
Meydan sahiblərinin 92 nömrəli futbolçusu Yamin Ağakərimzadə Elvin Yaqublunun cərimə zərbəsindən havalandırdığı topu başla istiqamətini dəyişmək istəyərkən, komandasını məyus edib.
Qeyd edək ki, avtoqol matçın 67-ci dəqiqəsində qeydə alınıb. Ağakərimzadənin avtoqolu hesabın açılmasını rəsmiləşdirib.