Bizi izləyin

Premyer-liqa

"Qadan alım" və ya beton üzərində azarkeş 

Gəncə. Futbola baxmağa başladığım uşaqlıq illərimdə Kirovob…

blank
Gəncə. Futbola baxmağa başladığım uşaqlıq illərimdə Kirovobad adlanan Nizami yurduna daha bir səfərim başa çatır. Neçənci olduğunu xatırlaya bilmərəm. Ancaq hər dəfə olduğu kimi, bu dəfə də fərqli hisslər, fərqli duyğularla qayıdıram. Dəyişməyən bir ifadə qalıb. Yerli əhalidən kimə müraciət etməyindən asılı olmayaraq, cavabının girişində "qadan alım" eşidirsən. Qatar yavaş-yavaş Bakıya doğru sürət yığır…
***
Oturacaqlar quraşdırılmayan stadionun tribunalarında azarkeş tapmaq? Kreslolu stadionlarımızın oturacaqlarının 99 faizinin boş qalmasının şahidi olan bir jurnalistin beton üzərində komandasına təmənnasız dəstək olan gəncəlilərin futbol sevgisi haqda uzun-uzadı yazmayacam. Reallıq budu ki, onlar betonun üstündə oturmağa razıdılar, təki "Kəpəz" yaşasın. Ancaq gəncəlilər üçün "yaşasın" sözü tam fərqli məna kəsb edir. Onlar üçün istənilən rəqibə qarşı heç-heçə məğlubiyyətdi. Dəxli yoxdu qarşılarına çıxan "Qarabağ"dı, yoxsa "Xəzər Lənkəran". Bu, Gəncə futbolsevərinin optimist mövqeyidirsə, onların çatışmazlığını da qeyd etməyə zərurət var. Gəncəli azarkeş futbolu anlayır, elə anlamaları da komandalarına mane olur. Onlar oyunu lal-dinməz izləyirlər. Hər epizodu peşəkar səviyyədə təhlil edirlər. Ancaq bu, sevimli komandalarına ziyan vurur. 
Maraqlıdı ki, ən çılğın azarkeş toplumu VİP-lojada toplaşmışdı. Gəncənin icra başçısı Elmar Vəliyevin komandasını irəli səsləməsi, ətrafındakıları da onun səsinə səs verməsini təmin edirdi…
***
Dünən "Zirə"yə qarşı oyundan sonra yerli azarkeşlərin üzünə baxanda adamın yazığı gəlirdi. Hamı sanki matəm içində idi. Fikirlərini ümumiləşdirsək, belə qələmə almaq mümkündü: "Bu qədər qol şansımız oldu, ancaq udmadıq". Ancaq bir və bəlkə də, əsas məqamı unudurdular. "Kəpəz" 70-75 dəqiqədən sonra yorulmuşdu. Komandaya mənəvi dəstək lazım idi. Azarkeşlər isə bunu unutmuşdu. Onlar yenə öz təhlillərini aparmaqda idilər. Komandaya ruh yüksəkliyi vermədilər və bəlkə də, "Zirə" ilə oyunda xal itkisini şərtləndirən başlıca məqam da elə bu oldu. Şahin Diniyevin yetirmələri tükəndi, azarkeşlər isə (bilərəkdən fanat sözünü işlətmirəm. Gəncədə fanat yoxdu, peşəkar azarkeşlər toplumu var) belə bir anda sevimlilərinə dəstək olmadılar. Saat 18:30-da başlayan oyunu 90 dəqiqə eyni tempdə nə cür keçirmək mümkündü? 40 dərəcə istidə yorulmamaq mümkünsüzdü. Özü də hücum edən komanda həmişə daha çox enerji sərf edir. "Kəpəz" isə bir nəfəsə hücum edir, rəqib qapısı ağzında çoxsaylı qol epizodları yaradırdı. Yaratdığı kimi də, sağa-sola xərcləyirdi…
***
Diniyev döyüşkən kollektiv formalaşdıra bilib. Onun komandası meydanda nə etdiyini bilir. Junior Da Silvanın tədricən komandanın liderinə çevrilməsi də göz önündədi. Oyunu üzərinə götürən braziliyalı yarımmüdafiəçi qeyri-adi hərəkətləri ilə rəqibləri çaş-baş salmağı bacarır. Amma… Aleksandr Sitnikin əzmkarlığı səviyyəsi ilə uzlaşmır. Forvard çox çalışqandı, amma faydalı iş əmsalı, yumşaq desək, ürəkaçan deyil. Çox, lap çox səhvlərə yol verir, Sitnik. Ümumiyyətlə, komandanın yaratdığı qol fürsətlərini bu cür biganəliklə xərcləməsi Diniyevi düşündürməlidi. Təcrübəli mütəxəssis bu problemə əlac tapmalıdı.
***
"Zirə" dünənki oyunda meydan sahiblərinə bütün komponentlərdə uduzurdu. Yalnız qapısında qol gördükdən sonra Adil Şükürovun komandası hücumlar qurmağa başladı. Hətta bunu da qonaqların aktivinə yazmaq düzgün deyil. Çünki "Kəpəz" təşəbbüsü rəqibinə öz əli ilə bağışladı. Cəmi bir real şans yaxalayan qonaqların vurduğu qolu bəlkə də, ədalətsiz adlandırmaq olar. Ancaq belədə "Futbol İlahəsi"ni unutmuş olarıq. Axı "vurmayana vurarlar". Ondan çox qol imkanınını boşa verən Gəncə təmsilçisi hesabı açdıqdan sonra heç olmasa topu sağa-sola vurmaqla məşğul olmasaydı, bəlkə qapısında qol görməzdi. Ancaq müdafiəçilərin bərbad şəkildə "məndən uzaq olsun" taktikasına üstünlük vermələri ədalətli cəzanı rəsmiləşdirdi. Belə deyək, "Zirə" heç-heçəyə layiq deyildi, ancaq "Kəpəz" qalib gəlmək istəmədi.
***
Oyun bitdi. Klub prezidenti Mehman Allahverdiyevlə ayaqüstü iki kəlmə kəsdik. Dialoqumuzu olduğu kimi diqqətinizə çatdırıram.
 
– Heyf, heyf bu cür oyunda xal itirdik.
– Mehman müəllim, "Kəpəz" futbol oynadı.
– Qadan alım, bilirəm e, amma udmalı idik, axı.
– Bərbad futbolla 3 xal qazanmaqdansa, vuruşub, heç-heçə etmək daha ümidvericidi.
– Yox e, yox, udmalı idik.
Allahverdiyevi başa düşmək olar. Alovlu başla danışırdı. Yəqin ki, bu gün dediklərimizlə razılaşacaq.
***
…Qatar yavaş-yavaş Bakıya yaxınlaşır. Kim bilir qədim Nizami yurduna bir də nə vaxt baş çəkəcəm. Ancaq növbəti dəfə mütləq məşhur Gəncə dovğasından dadacam… lap qatara gecikməli olsam da.
CEYHUN ƏLİYEV, Bakı – Gəncə – Bakı
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Ölkə futbolu2024-04-26 14:38

Yüksək Liqa təmsilçisi çempionatdan kənarlaşdırıldı

blank
Ölkə futbolu2024-04-26 14:19

“İnklüziv futbol turniri” keçirilib

blank
Əvəzedicilər2024-04-26 14:00

Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm