Milli komanda
Namiq Ələsgərovdan xəbər var
AÇ-2016-nın seçmə mərhələsi çərçivə…
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda Namiq Ələsgərov zədələnmiş və bir müddət sonra Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunmuşdu. Futbolinfo.az xəbər verir ki, bu gündən etibarən Namik Ələsgərov Almaniyada növbəti fizioterapiya kursuna başlayıb.
Qeyd edək ki, futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
(affa.az)