Ölkə futbolu
Kiyev “Dinamo”sunun yetirməsi “Rəvan”da
Premyer Liqada iştirakı son anda dəqiqləşən “Rəvan”…
Premyer Liqada iştirakı son anda dəqiqləşən “Rəvan” hələ də heyətini komplektləşdirməyib. Elə bu üzdən bakılılar mövsümün gedişində də oyunçu axtarışındadı.
“Aslanlar” heyətinə daha bir neçə futbolçu əlavə edəcək. Hücum və yarımmüdafiə mövqelərinə əcnəbi axtarışını davam etdirən baş məşqçi Emin Quliyev hələlik müdafiəni gücləndirir.
Futbolinfo.az xəbər verir ki, bakılılar ukraynalı müdafiəçi Artyom Buteninlə müqavilə bağlamağa yaxındı. Dünən ölkəmizə gələn futbolçu bu gündən məşqlərə qatılacaq. Kiyev “Dinamo”sunun yetirməsi sayılan futbolçu son mövsümü Ukraynın 1-ci liqa təmsilçisi olan “Poltava”da çıxış edib. 25 yaşlı oyunçu başa çatan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 34 qarşılaşmada 1 dəfə fərqlənməyə müvəffəq olub.
Baş məşqçi Emin Quliyev hücumçu Fərid Quliyevi də yenidən əsas heyətə qaytarıb. İlk turda “Sumqayıt”la görüşdə əvəzlənməsinə kəskin reaksiya verən futbolçu əvəzedici komandaya göndərilmişdi. Fərid hazırda yenidən əsas heyətlə məşqlərini davam etdirir.
“Rəvan”da hələ debüt etməyən Mindauqas Kalonas isə deyəsən, geri qayıtmalı olacaq. Litvalı oyunçu hələ formada deyil, bundan başqa, ölkəmizdə də qalmaqda maraqlı deyil. Onun probleminin konkret nə olduğu bilinmir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı