Premyer-liqa
Rəşad Sadıqov: "Cavid kiminsə üstünə adam göndərəcək biri deyil" – VİDEO
Avqustun 15-də Topaz Premyer Liqasında 2-ci tura start verilib. Futb…
Avqustun 15-də Topaz Premyer Liqasında 2-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Rəvan"ı 2:1 hesabı ilə məğlub edib.
Bayıldakı oyundan sonra açıqlama verən Ağdam klubunun kapitanı Rəşad Sadıqov qələbəni şərh etməklə yanaşı, millidən komanda yoldaşı Cacid Hüseynovun həbsi ilə bağlı da danışıb:
"Çox qarışıq məsələdi. Nəsə açıqlama vermək böyük məsuliyyət tələb edir. Yanlışlıq ola bilər. Bir tərəfdə insan ölümü, digər tərəfdə illərlə çiyin-çiyinə oynadığım futbolçu. Onu deyə bilərəm ki, Cavidi 10 ildi tanıyıram, heç vaxt kiminləsə konflikti olan bir insan olmayıb. İnanmıram ki, o belə bir hərəkət eləsin. Mərhuma Allahdan rəhmət diləyirəm. Fikrimcə Cavid belə bir şey istəməzdi. O kiminsə üstünə adam göndərəcək biri deyil".
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı