Bizi izləyin

Premyer-liqa

“Kapital Bank Arena” çempionat üçün yararsızdı

Paytaxtda stadionlar “azarkeş” deyib fəryad qopardığı…

blank
Paytaxtda stadionlar “azarkeş” deyib fəryad qopardığı bir vaxtda əyalət klublarımızın belə problemi yoxdu. Bölgə klublarımızın sayı az olsa da, onların hər biri stadionlara gələn azarkeşlərin sayına görə Bakı təmsilçilərinin hamısına birgə “dərs keçər”.
Gəncədəki ilk oyunda  tribunalara 12500 azarkeşin toplaşması əla hadisədi. Hələ “Zirə” kimi debütantla ilk ev oyununa bu qədər azarkeş təşrif buyurursa, görün əzəli rəqib “Neftçi”, “Qarabağ”, səfərdə də dəstəksiz qalmayan “Xəzər Lənkəran”la duellərdə necə anşlaq olacaq. Belə komandaların, azarkeşlərin qədrini bilmək lazımdı, onları beton pilləkənlərdə oturtmaq yox.
***
blank
VACİB QEYD: Gəncənin təmirsiz stadionunda bu qədər azarkeşin olmasını müəyyənləşdirənlərin bacarığına da əhsən. Oturacağı qoyulmayan, biletlə buraxılış olmayan matçda məhz 12500 azarkeş olduğunu necə müəyyənləşdirdikləri mənim üçün maraqlıdı. Bir də xanımların bolluğunu görəndə başa düşürsən ki, icra hakimiyyəti bütün idarələri səfərbər edib.
***
Lənkəranda da vəziyyət belədi, Qəbələdə də. Düzdü, Gəncədə bir az rekord xatirinə şişirtmə və süni ajiotaj gözə dəyir. Amma normal şərtlərdə də gəncəlilər bütün paytaxt klublarının birgə azarkeş ordusunun öhdəsindən tək gələr.
Sumqayıt da maraqlı azarkeşləri olan şəhərlərdəndi. Bakıya yaxın olsa da, burada da bölgə ab-havası var, fanatları da əsl futbolsevərlərdi. Onlar bütün futbolçuları az qala əyani tanıyır. Amma təəssüf ki, şəhər, klub rəhbərliyi bu azarkeşlərə sahib çıxa bilmir.
blank
***
Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionu “Kapital Bank Arena”ya çevriləni çox şey dəyişib. İcra hakimiyyətinin balansında olan böyük arena baxımsızlıqdan dağılıb gedir, “Sumqayıt” isə məşq üçün yararlı olan süni örtüklü meydana sığınıb. Buradakı şəraitsizlik isə biabırçı səviyyədədi. O qədər biabırçı ki, ümumiyyətlə, Peşəkar Futbol Liqasının burada Premyer Liqa matçı keçirilməsinə necə icazə verdiyi maraq doğurur.
***
Əminəm ki, Antalyada komandaların təlim-məşq toplanışı üçün üz tutduğu otellərin meydançaları da bu stadiondan daha komfortludu. Heç kimə fərq qoymadan hamı bir yerdə oturdulur, azarkeş klub rəhbərinə, onlar da jurnalistə, yığma məşqçilərinə, AFFA-dan gələn qonaqlara qarışır. Qarışıq vəziyyətdə hamını nəzarətdə saxlamaq üçün həm tribunaların aşağısında, həm də yuxarıda 5 metrdən bir dayanmış polislər qoyulur, onlar hər şeyə nəzarət edir. Amma pusquda dayanmış şahinə bənzəyən bu poqonlular eyni zamanda, onsuz da, yaxşı görünməyən meydanda gedən futbolu zövqlə izləməyi çətinləşdirir.
Stadionun tribunalarının cəmi 1300 azarkeş üçün nəzərdə tutulması çox pisdi. Digər tərəflərdə də tribuna quraşdırmaq üçün şərait var, Kapital Bank sponsordusa, bu məsələni həll etməlidi, yalandan adı stadiona calaq etməklə deyil ki… Sumqayıt azarkeşləri üçün belə tutumlu arena çox azdı. Yox, klub rəhbərliyi azarkeşlər üçün deyil, öz kefləri üçün komanda saxlayırsa, bu, başqa məsələ.
blank
***
“Sumqayıt”ın ev oyunlarını işıqlandırmaq da cəhənnəm əzabıdı. Narazı, çılğın, emosional azarkeşlərin arasında, kompüter, notbuk və s. ləvazimatları qoymaq üçün masanın olmadığı, ciddi internet probleminin yaşandığı ortamda necə işləyəsən? Klub rəhbərləri də belə vəziyyətdə oyunu izləyə bilmədikləri üçün pilləkənlərlə yuxarı qalxır, oturacaqların olmadığı üst hissədə matç izləyirdilər. Burada da azarkeş əlindən tərpənmək olmurdu, üstəlik, polis də hər vəchlə səni aşağı düşməyə məcbur edir. Dizi üstə əyləib yazı hazırlayan həmkarımızın əziyyəti, məlumatı telefonla yazanların üzləşdiyi çətinliyi görmək lazım idi.
Klub prezidenti Kamran Quliyevlə bu barədə danışa bilməsək də, mətbuat xidmətinə iradımızı çatdırdıq. Rəşad Məmmədov ilk oyun olduğundan problemləri tam həll edə bilmədiklərini, hər şeyi yoluna qoyacaqlarını dedi. Amma onun vəd etdiyi xüsusi kabinələrin yikilişi şətin ki, mövsüm bitənə kimi yekunlaşsın.
***
“Kapital Bank Arena”nın hazır olmadığı tablonun “sifətindən” də görünürdü. Oyunun 20-ci dəqiqəsinə kimi çalışan stadion işçiləri qurğunu çox çətinliklə özünə gətirə bildi.
***
Məni ən çox məyus edənsə oyunu hasar arxasından izləyən azarkeşlər oldu. Tribunadakından daha çox fanat qapı arxasında qalmışdı. Düzdü, onlara da polislər nəzarət edirdi, hər hansı təxribat mümkün deyildi. Amma onlar 90 dəqiqə ayaq üstə qalmağa layiq deyildilər. Heç olmasa, Gəncədəki kimi yalançı tribunalar ruraşdırın, beton pilləkənlər düzəldin. Axı, futbol azarkeşlər üçün oynanılır.
VÜSAL MAHMUDOV, Bakı – Sumqayıt – Bakı
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:33

“Qəbələ” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm