Premyer-liqa
"İnter Arena"da istefa səsləri
Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Futbolin…
Bu gün Topaz Premyer Liqasında 2-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "İnter" evdə digər paytaxt təmsilçisi "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.
"İnter Arena"dakı oyunun sonlarına yaxın tribunada gərgin anlar yaşanıb. Belə ki, komandalarının məğlub durumda olmasına əsəbləşən "Neftçi" azarkeşləri klubun icraçı direktoru Elnur Məmmədovu istefaya səsləyiblər. Onlar həmçinin Bakı təmsilçisinin sabiq prezidenti Sadıq Sadıqovla bağlı "Ən böyük Sadıq" deyə şüarlar səsləndiriblər.