Ölkə futbolu
Mətləb Məmmədovun işi düzəldi
Mətləb Məmmədov “Kəpəz”in 15 yaşlılardan ibarət k…
Mətləb Məmmədov “Kəpəz”in 15 yaşlılardan ibarət komandasının “sükanı arxasında” ilk turdan etibarən dayana biləcək. Futbolinfo.az xəbər verir ki, 34 yaşlı mütəxəssis ötən ilin sentyabrında AFFA-nın bayrağı altında keçirilən yarışlardan 1 illik kənarlaşdırılsa da, martda bu müddət 6 ayadək azaldılıb.
Gəncə təmsilçisinin Müşahidə Şurasının üzvü, həmçinin AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu az öncə saytımıza verdiyi açıqlamadan sonra redaksiya ilə əlaqə saxlayaraq, müəyyən düzəliş edib: “Məmmədovun cəzası həqiqətən 1 illik olub. Lakin mart ayında onun Apellyasiya və Ekspert Komitəsinə müraciətindən sonra müddət dəyişdirilib. Çalışdırcının 6 ay müddətinə cəzası qüvvədə qalsa da, növbəti yarım il üçün bu, şərti statusuna dəyişdirilib. Başqa sözlə, Məmmədov bu müddət kəsiyində analoji xətaya yol verməmək şərti ilə, yenidən məşqçilik fəaliyyəti ilə məşğul ola bilər”.
Qeyd edək ki, ötən ilin sentyabrında cəzalandırılan çalışdırıcı 6 aylıq müddəti martda sona çatıb.