Ölkə futbolu
Axtarmayın: "Panatinaikos"la oyun üçün bilet bitdi
"Qəbələ" – "Panatinaikos" matçı ü&…
"Qəbələ" – "Panatinaikos" matçı üçün satışa çıxarılan biletlər tükənib. Futbolinfo.az xəbər verir ki, dünən günortadan sonra satışa çıxarılan biletlərin hamısı satılıb. Buna görə də "Bakcell Arena"nın kassaları vaxtından əvvəl bağlanılıb.
Bu haqda klubun media və marketinq üzrə meneceri Səməd Nəsibov saytımıza məlumat verib.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq sözügedən qarşılaşma üçün 8800 bilet satışa çıxarılmışdı. Sabah baş tutacaq oyunda anşlaq olacağını indidən deyə bilərik.