Ölkə futbolu
Qurbanov: “Şanslar bərabərdi”
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu…
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" İsveçrənin "Yanq Boyz" komandasının qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ötən gün qarşılaşmanın keçiriləcəyi "Stad de Suiss” stadionunda oyun öncəsi mətbuat konfransı baş tutub.
jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu sözləri deyib:
"Hər iki komandanın qrup mərhələsinə vəsiqə qazanması üçün son şansdı. Buna görə sabah (bu gün) maraqlı oyun olacaq. Meydanın süni ot örtüyünə sahib olması oyunumuza mane olmayacaq, biz artıq buna alışmışıq. Cütün fovaritini söyləmək mümkün deyil, şanslar bərabərdi".