Premyer-liqa
"Neftçi" üçün 140
“Neftçi”nin Topaz Premyer Liqasındakı qələbəsi…
“Neftçi”nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Futbolinfo.az xəbər verir ki, sonuncu dəfə aprelin 5-də “Simurq”la səfər qarşılaşmasında (1:0) qalib gələn paytaxt təmsilçisi 140 gündən sonra qələbə qazanıb.
Samir Əliyevin yetirmələri uğursuz seriyanı III turun “Sumqayıt”la ev oyununda (2:1) qırıb. Bu müddətdə 9 qarşılaşma keçirən “ağ-qaralar” 5 heç-heçə edib və 4 məğlubiyyət alıb. Azərbaycan çempionatlarının tarixində özünün ən uzun qələbəsiz seriyasını rəsmiləşdirən “Neftçi” bu qarşılaşmalarda 8 qol vurub, 16-nı buraxmışdı.
4 aydan artıqdı ki, davam edən bu antirekorda qədər paytaxt klubunun ən uzun qələbəsiz seriyası 5 oyunu əhatə edirdi. Belə seriyaya ölkə çempionatlarında 5 dəfə təsadüf olunmuşdu.
(pfl.az)
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”