Bizi izləyin

Premyer-liqa

Startdan "yuxu"ya qədər

Topaz Premyer Liqasına “bismillah” etməmiş “yuxu …

blank
Topaz Premyer Liqasına “bismillah” etməmiş “yuxu dərmanı” verildi. Dozası bir az artıq olduğuna görə, komandalar 20 günlük “dincə” qoyuldular. Arxada qalan 3 tur çempionat start götürməmişdən əvvəl verilən proqnozları demək olar ki, büst-bütün doğrultdu. Yüngülvari gözlənilməzliklər kimi isə “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”ın əldə etdiyi nəticələri göstərmək olar.
“Zirə”nin ardıcıl 3-cü turda da məğlubiyyət acısı dadmamasını və bu göstəricidə 4 komandadan biri olmasını kollektivin aktivinə yazmaq olar. Ancaq reallıq budu ki, Adil Şükürovun yetirmələri topladıqları xallara görə yalnız “Qarabağ” və “Qəbələ”dən geri qalsalar da, bu, müvəqqəti xarakter daşıyır. Belə düşünməyə “qartallar”ın sərgilədiyi futbol əsas verir. Elə statistikaya nəzər saldıqda da görərik ki, Premyer Liqanın debütantı liderlər sıralamasında müvəqqəti qonaqdı. İlk turda AZAL üzərində qazanılan qələbə haqda qısaca bunu deyək ki, “təyyarəçilər” arxada qalan turlardan sonra nəinki xal toplamayıb, heç rəqib qapısının torunu belə silkələməyiblər. Yəni, Tərlan Əhmədovun yetirmələri üzərində qələbə 1-ci divizionun hansısa ortabab təmsilçindən alan 3 xaldan heç nə ilə fərqlənmir. “Kəpəz”lə əldə olunan heç-heçə daha şərafətlidi, nəinki AZAL-dan alınan 3 xal. Çünki “təyyarəçilər”dən fərqli olaraq, Gəncə təmsilçisi futbol oynayır. Dünən baş tutan 3-cü turda isə “qartallar” bir daha “dişsizlik”lərini nümayiş etdiriblər. Himayədarsız “İnter”in axı ancaq tarixi və adı qalıb. Lakin bu komandaya qarşı görüşdə də meydan sahibləri rəqib qapısı ağzında heç nəylə yadda qalmadılar. “Zirə”nin qarşılaşdığı komandalardan heç birinin medallar uğrunda mübarizə aparmadığını nəzərə aldıqda, aydın olar ki, Adil Şükürovun drujinası liderlər qrupunda yad fiqurdu.
“Kəpəz”in turnir cədvəlindəki mövqeyi və xal ehtiyatı sərgilədiyi futbolla əks-mütanasib təşkil edir.Topaz Premyer Liqasına qeyri-qanuni qaytarılan 3 klubdan biri olan Gəncə təmsilçisi sərgilədiyi futbolla sözün yaxşı mənasında təəccübləndirir. Məhdud büdcə, ortabab futbolçular, olmayan infrastruktur, komandanın sıfırdan yaradılması fonunda Şahin Diniyevin qısa zaman kəsiyində qurduğu kollektivin sərgilədiyi oyun göz oxşayır. Futbolçuların meydanda can qoyması, onların ustalıq səviyyəsinin aşağı olmasını xeyli sığortalayır. Diniyevin komandasının “Qəbələ”yə qarşı sərgilədiyi əzmkar oyunda məğlub olması faciə deyil. Komanda doğru yoldadı. “Zirə”yə faktiki olaraq öz əlləri ilə hədiyyə etdikləri 1:1-lik bərabərlik də daha çox təcrübəsizlikdən qaynaqlanır. “Neftçi”yə qarşı səfərdə 70 dəqiqə üstün futbol sərgiləmələri və yalnız azlıqda qaldıqdan sonra qolsuz bərabərliyə oynamaları perspektivli gələcəkdən xəbər verir. Hazırda 2 xalla yalnız AZAL-ı araxada qoymaları isə müvəqqəti xarakter daşıyır. Sərgilənən futbola görə bir neçə turdan sonra “Rəvan” da, “Zirə” də, “Sumqayıt” da “Kəpəz”ə aşağıdan yuxarı boylanacaq.
“Xəzər Lənkəran” heyətinə görə iddialı olsa da, məlum maliyyə fırıldağına görə yeni transferlərin xidmətindən yararlana bilməməsi komandanın çempionatın startında uğurlu qrafik cızacağına inamı azaldırdı. Lakin cənublular bu imtahandan qənaətbəxş nəticəylə çıxmağı bacardı. İlk 3 turda əldə edilən 5 xaldan yalnız “Rəvan”la ev qarşılaşmasını komandanın passivinə yazmaq olar. Hər halda Yunis Hüseynovun faktiki olaraq 2-ci heyət gözü ilə baxdığı futbolçular üçün səfərdə “Sumqayıt”la bərabərə qalması və doğma publika önündə “İnter”i məğlub etməsi yaxşı nəticə sayılmalıdı. 4-cü turdan komandaya qoşula biləcək yeni transferlər nə kimi fayda verəcəklərini zaman göstərəcək. Əlbəttə, Lənkəran klubunun sahibi Mübariz Mənsimov komandaya pul ayırması şərti ilə. Çünki son günlər klubdakı maliyyə durumunun acınacaqlı həddə çatması barədə gəzən söz-söhbətlər günü-gündən şiddətlənir və futbolçuların Lənkərandan baş götürüb qaçmaq arzusunda olması haqda məlumatlar bir-birini əvəzləyir. 
“Qarabağ” və “Qəbələ” Avrokuboklarda olduğu kimi, ölkə çempionatında da məşhur mahnının sözlərinə uyğun hərəkət edirlər: “İkisi bir boyda gəzən gözəllər”. Öz aralarında “sülh” bağlayan, digər iki qarşılaşmada isə minimum güc sərf edərək, maksimum nəticə əldə edən “gözəllər” qızıl medallar iddiasından sonadək əl çəkməyəcəkləri mesajını göndəriblər. Eyni zamanda, çempionluq uğrunda mübarizənin bu iki komanda arasında gedəcəyini də ilkin proqnoz kimi vermək olar.
Bir komandanın baş məşqçisi dönə-dönə vurğulayırsa ki, 5-ci pillə uğurunda mübarizə aparacağıq, həmin klub barədə nə danışasan? Özü də bu, çempionatın debütantı yox ha, ötən mövsümü 2-ci pillədə başa vurmuş komandadı. Mövsümlərarası fasilədə hamıdan çox transfer reallaşdıran “İnter”in baş məşqçisi Zaur Svanadze isə rəhbərliyin qarşılarına heç bir vəzifə qoymadığını bildirib. Görünür “İnter” rəhbərliyi Olimpiya oyunlarına çox baxıb və indi “əsas qələbə deyil, iştirakdı”, şüarını əllərində bayraq ediblər. İlk 3 turda mümkün 3 nəticənin hər birindən dadan komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağı hələ ki, mümkünsüz görünür. Hərçənd, arxada qalan turların sayını nəzərə alsaq, ilkin təəssüratlarımızda yanıldığımızı da istisna etmirik.
“Neftçi”. Başıbəlalı “Neftçi”. Arxada qalan 3 turdan sonra bəlkə də yeganə komandadı ki, barəsində heç bir fikir bildirmək olmur. “Bəyin oğurlanması” filmində mərhum Səməndər Rzayevin Həsən Turabova dediyi sözlər əsl “Neftçi”nin malıdı: “Ayə, ay rejissor, sənin nə maraqlı peşən var, gah göyə qaldırırlar səni, gah da endirirlər yerə”. Yox-yox, heç kimi yanıltmaq fikrində deyilik. Günümüzün “Neftçi”sinin göylərdə işi yoxdu. Hətta indiki durumda medallar iddiasını da sürdürə bilməz. Ancaq komanda ilk 3 tura nisbətən 30 faiz dəyişə bilər. Çünki 2 transfer edilib və bir futbolçu da böyük ehtimalla Braziliyadan gətiriləcək. Komandanın siması ola bilər dəyişməsin, amma müsbətə doğru irəliləyişin olacağını ehtimal edə bilərik. Ancaq epizodik hallarda göstərilən gözəgəlimli futbol daimi xarakter alsa, Samir Əliyevin komandası 3-cü pillə uğrunda mübarizəyə qoşula bilər.
“Rəvan”ın elitada yerini qorumaq üçün xarakter nümayiş etdirməsi xoş məqamdı. Baş məşqçi Emin Quliyevin qısa zaman kəsiyində döyüşkən kollektiv formalaşdıra bilməsi təqdirəlayiqdi. Ancaq paytaxt təmsilçisinin bütün səylərinə baxmayaraq, nikbin proqnoz vermək olmur. “Rəvan”ın potensialı çempionatın sonunadək turnir cədvəlinin zirzəmisində var-gəl etməsini şərtləndirir. Bu da klubun büdcəsinin “Nurgün” əməkdaşlarının ixtisara salınması və məvaciblərinin azaldılmasından ldə edilən vəsaitdən formalaşmasından qaynaqlanan problemdi. Yəni, büdcəsi qəpik-quruşdan ibarət komandanın bundan artığına gücü çatması mümkünsüzdü.  
“Sumqayıt” da ki, elə əvvəlki günündədi: “nə balıq deyil, nə də ət”. Onuncu olsa, elitanı heç bir klub tərk etməyəcək, 9-cu olsa, son pillənin sahibini yola salacaqlar. Yetirmələri haqda “bunlar futbolçu deyil” ifadəsini işlədən baş məşqçi Aqil Məmmədovun komandası barədə ilkin təəssürat bu cürdü: bu komanda futbol oynamır. 
Nəhayət, AZAL barədə. Kimisinin “yaponcrki”, kimsinin “nemetski” oyuncağı var. Çox varlı birisi oyuncaq istəsə də, simicliyi keyfiyyətli oyuncaq almaq həvəsini boğur. Nəhayət, bütün simicliyini yumruğuna toplayıb, dişini-dişinə qıcayıb… “kitayski” oyuncaq alır. Ki, qoy onun da oynatmağa bir oyuncağı olsun. Bax, AZAL da Cahangir Əsgərovun bu cür “kitayski” oyuncağıdı. Gah “batareyka”sı qurtarır, gah “pult”u sıradan çıxır. Ancaq bu gedişlə deyəsən AZAL sonuncu mövsümdü ki, Premyer Liqada oynayır. “Kitayski” oyuncağın yüksək eşelonda nə işi var. Deyəsən AZAL uçacaq… 1-ci diviziona.
20 günlük fasilə öncəsi Topaz Premyer Liqasının ilkin mənzərisini olduğu kimi, çılpaqlığı ilə təqdim etməyə çalışdıq. Kimisi gəmiçidən pul gözləyir, kimisi təyyarəçidən. Bir tərəfdən də neftin qiyməti düşür. Neftin qiyməti düşürsə, neftçinin vay halına. Bankir müəllim də artıq bankirlik etmir. Klub imicinin ümidi qalıb “bir cüt gözəl”ə.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm