Bizi izləyin

Müsahibə

Cavid Hüseynovun ailəsi danışdı: "Oğlumun günahı yoxdu…"

Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olu…

blank
Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan “Qəbələ” klubunun və Azərbaycan millisinin futbolçusu Cavid Hüseynovun ailə üzvləri ilk dəfə olaraq mətbuata danışıblar. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin ailə üzvləri “Yeni Müsavat”a açıqlamalarında bu günədək baş verən hadisələrə, Cavid Hüseynovun həbsinə münasibət bildiriblər.
C.Hüseynovun ailə üzvləri ilə söhbət futbolçunun yaşadığı Mehdiabad qəsəbəsindəki evlərində baş tutub. Cavidin anası Xalidə Hacıyeva, qardaşı Şərafəddin Hüseynov, dayısı Rantiq Hacıyev, futbolçunun atasının silah yoldaşı, müharibə veteranı Vaqif Əlisoy və futbolçunun vəkili Adəm Məmmədov olub.
Cavidin bir bacısı və bir qardaşı var. Almaniyanın Köln Universitetində təhsil alan Şərafəddin Hüseynov Cavidin böyük qardaşıdır. Ş.Hüseynov qardaşının həbs xəbərini aldıqdan sonra Azərbaycana gəlib.
Ş.Hüseynov ailələri və Cavid haqda mətbuatda və cəmiyyətdə formalaşdırılan mənfi rəydən narahat olduqlarını dilə gətirdi: “Mən hadisədən mətbuatdan xəbər tutdum. Sonra anamla əlaqə saxladım. Cavid haqda ilk olaraq yanlış fikir sosial şəbəkələrdə formalaşdırıldı. Jurnalistin ölümünə Cavidin səbəb olduğu, hətta o davada qardaşımın iştirak etdiyi də yazılmışdı. Amma sonradan məlum oldu ki, Cavid orada olmayıb. Sonra Cavidi sifarişçi kimi təqdim etdilər. Biz yüz faiz bilirik ki, Cavid günahsızdır. Əgər mümkündürsə, telefon danışıqları da ictimailəşdirilsin və hər şey aydın olsun. Biz razıyıq ki, Cavidin günahı varsa, layiqincə cəzalandırılsın. Elşənin (jurnalisti döyən bibisi oğlu-red.) bir hərəkətinə görə Cavidi ittiham edirlər, günahlandırırlar”.
blank
Ş.Hüseynov baş verənlərin yeganə səbəbkarı kimi Elşən İsmayılovu görür. O deyir ki, bu dava Elşənlə Rasim arasında baş verib: “Rasimin "Facebook"da yazdığı statusun şərh bölməsində Elşən onu təhqir edib. Bundan sonra ikisi arasında mübahisə yaranıb. Elşən Rasimi təhqir edib. Sonra telefonda danışıblar. Nə olubsa, ikisi arasında olub. Cavid davadan sonradan xəbər tutub. Cavid Rasimin yazdığı statusa reaksiya verəcək insan deyil. Sadəcə, Elşən mübahisə etdikdən sonra bunu Cavidə deyib. Cavid məsələni sakit yolla həll etmək məqsədilə Rasimə zəng edib”.
Cavidin dayısı: “Hamımız ali təhsilliyik. Bizim övladlarımız da ali təhsillidi. Cavidin atası şəhid olduqdan sonra onların ailəsi biz qardaşların və xalalarının himayəsində olub. Onları öz ailəmizdən, övladlarımızdan ayırmamışıq. Bu ailədən bir insan öldürəcək övlad çıxa bilməz. Çox xahiş edirik ki, mətbuatda araşdırılmamış məlumatlar yer almasın. Cavid atası kimi vətənpərvərdir, ürəyi torpaq, bayraq sevgisi ilə doludur. Meydanda 9 milyonla bayraq sevgisini bölüşən bir insan necə cinayətkar ola bilər? Bu məsələdə Cavidin günahı yoxdu”
Cavidin atası Şakir Hüseynovun keçdiyi döyüş yolu haqda onun silahdaşı Vaqif Əlisoy məlumat verdi: “Şakir 1955-ci ildə Cəbrayılın Qaracalı kəndində anadan olub. Milli azadlıq hərəkatı başlayanda Şakir ön sıralarda idi. Milli Ordu yaradılanda Şakir də daxil olmaqla, 35 nəfərdən ibarət özünümüdafiə batalyonu yaradıldı. Həmin batalyonun komandirinin müavini Şakir təyin olundu. Batalyon sonradan hərbi hissəyə çevriləndə komandir Şakir oldu. O zaman Şakir Cəbrayılda yaradılan sülh batalyonunun komandiri oldu. Ən ağır döyüşlərdə Şakir öndə olub. Vətənini, millətini sevən Şakir bu sevgini ailəsinə də göstərirdi. Şakir Ağdamın Güllücə kəndində iki dəfə yaralandıqdan sonra şəhid oldu. O, ”İgidliyə görə" medalı ilə təltif olundu. Silahdaşım yaralansa belə meydanı tərk etmədi. Bu ailənin nəslindən 32 nəfər şəhid var. Belə ailədən nə cinayətkar çıxar, nə də cinayəti sifariş edən adam. Cavid günahkardısa, cəzasını alsın. İstintaq cənab prezidentin nəzarətində davam edir. Hər kəs qərarı gözləməlidi".
Cavidin məhkəməsində ailə üzvlərindən heç kim iştirak etməyib. Məhkəmə çıxışında isə Cavidi yalnız V.Əlisoy görüb: “Cavidi gördüm. Mənə dedi ki, Vaqif dayı, bir Allah şahiddir ki, mənim iynənin ucu qədər də olsa, günahım yoxdu. Mən də buna inanıram”. 
Söhbətə Cavidin anası davam edib. X.Hacıyeva jurnalistin döyüldüyü günü – avqustun 8-ni belə xatırlayır: “Cavidin 3 qurbanı var idi. Həmin gün dedi ki, birini kəsək. Həmin gün qurban kəsdik. Saat 5-də məşqi var idi. Məşqdən sonra da ailə üzvlərimizlə şəhərdə olmuşuq. Evə qayıdanda isə gec idi. Həmin gün baş verənlərdən xəbərimiz olmayıb. Cavidin zərrə qədər də olsun günahı yoxdu”. 
X.Hacıyeva Cavid Hüseynovla Elşən İsmayılov (Jurnalisti döyən şəxs, Cavid Hüseynovun bibisi oğlu red.) arasında yaxın münasibətlərin olmadığını dedi: “Elşəni 23 il ərzində 2 dəfə görmüşəm. Onlarla qohumuq, amma ailələr arasında çox gediş-gəliş olmayıb. Bibi-dayı oğludular, buna baxmayaraq, aralarında yaş fərqi çoxdu”. 
blank
X.Hacıyeva oğlunun E.İsmayılovun səhvinə görə cəzalandırılmasını istəmədiyini söyləyib: “Bunu oğlum olduğu üçün, onu müdafiə etməyə görə demirəm. Cavid bir qarışqanı incidəcək insan deyil. Onu tanıyan tanıyır”. 
Cavidin anası hadisədən Rasim Əliyevin ölümündən sonra xəbər tutduğunu bildirdi: “Xəbərimiz yox idi. Mənə böyük oğlum dedi. Günəşli qəsəbəsində olan evimizə polis əməkdaşları gedib. Biz orda qalmırdıq. Qonşular bizə zəng etdi ki, sizi polis axtarır. Polislər Cavidi Qəbələyə gedəndə Şamaxı postunda saxlayıblar. Oradan da Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. İzahat alıb buraxıblar. Cavid evə gələndə dedi ki, izahat verib. Jurnalisti döyənlərlə üzləşdirilib. Elşəndən başqa heç birini tanımadığı, onların da onu tanımadığını dedi. Elə bir halda idi ki, əlavə nəsə danışmaq istəmirdi. Cavidə səhər 8-də yenidən bölməyə gəlməsini demişdilər”.
C.Hüseynovun Rasim Əliyevlə danışığından ailə üzvlərinin hamısı xəbərsiz olub. Cavid yalnız Elşən İsmayılovla danışanda dayısı Rantiq Hacıyev yanında olub. 
Dayısı həmin danışığı belə xatırlayır: “Cavid Elşənə dedi ki, sən niyə mənim işimə qarışırsan, mən Rasimlə danışdım, məsələni həll etdik. Elşən Cavidə dedi ki, Rasim onu söyüb, bu da onu söyüb. Bir-birilərini təhqir ediblər. Elşən dedi ki, bu söhbətə görə gedib Rasimlə görüşəcək. Cavid dedi ki, getmə. Əgər hansısa artıq hərəkət etsən, polisə cavab verəcəksən. Bundan sonra danışıq bitdi. Bu söhbətlərin hamısı istintaqda var. Bundan sonra olanlardan biz də, Cavid də xəbərsizik”. 
Vəkili Adəm Məmmədov jurnalistin ölümünün siyasiləşdirildiyini və bunun da istintaqa təzyiq olduğunu dedi. Vəkil həmçinin jurnalistin döyülməsi ilə bağlı yeni məlumatlar verdi. 
Vəkilin sözlərinə görə, jurnalistlə görüş zamanı 5 nəfərdən 2-si onu döyüb. Bunlardan biri Elşən İsmayılovdur. Digər 3 nəfər müdaxilə etməyib. Görüntüləri izlədiyini deyən vəkil hadisədə Cavidin heç bir günahının olmadığını bildirdi: “Bu hadisə isə onun jurnalist kimi fəaliyyəti ilə əlaqəli deyil. Avropa Şurasının baş katibi Turbyörn Yaqland Rasim Əliyevi RATİ-nin rəhbəri kimi təqdim edib. Bu da məsələni siyasiləşdirib. Bununla da istintaqın gedişinə təzyiq göstərirlər. Nəticədə müvəkkilimin vəziyyəti çətinləşir”. 
A.Məmmədov təzyiqlərin dayandırılmasını və istintaqın ədalətli şəkildə başa çatmasını tələb etdiklərini qeyd etdi: “Hüquqlarını müdafiə etdiyim şəxsin qohumunun və ya həbs edilən digər şəxslərin əvvəlcədən hansı cinayəti törədəcəklərindən xəbərinin olması mümkün deyil. Əgər hesab etsək ki, Cavid həmin şəxslərin Rasimin yanına getməsindən, arasında mübahisənin olmasından xəbəri olub, bu zaman da Cavidin hərəkətində cinayət tərkibi yoxdur. Çünki Cavid bilməzdi ki, onlar gedib nə edəcəklər. Buna görə də Cavidə qarşı 307-ci maddə ilə ittiham irəli sürülməsi qanunsuzdur. Bunu tək mən yox, digər hüquqşünaslar da deyir. Cavid haqda həbs-qətimkan tədbirinin seçilməsi üçün əsas yoxdu”.
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm