Premyer-liqa
“Neftçi” üçün 2 yoxlama matçı
Milli komandaların oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yar…
Milli komandaların oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən “Neftçi” 3 günlük istirahətdən sonra bu gün yenidən toplanır. Futbolinfo.az xəbər verir ki, klubun bazasında yığışacaq komanda da 9 futbolçu əskikdi.
Belə ki, əsas milliyə 5, 21 yaşlılardan ibarət yığma komandamıza isə 4 futbolçu dəvət alıb. Buna görə də baş məşqçi Samir Əliyev onların yerini doldurmaq üçün müvəqqəti olaraq, əvəzedici komandanın oyunçularını əsas heyətə cəlb edib.
“Ağ-qaralar” fasilə müddətində 2 yoxlama görüşü keçirmək fikrindədi. Bakılıların rəqibinin kimliyinə aydınlıq gəlməyib. Lakin oyunların 30-31 avqust, və ya 5-6 sentyabr tarixində keçiriləcəyi gözlənilir.