Dünya futbolu
Ən yaxşı qolun sahibi bəlli oldu – VİDEO
Avropada ötən mövsümün ən yaxşı qolu müə…
Avropada ötən mövsümün ən yaxşı qolu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticəsinə əsasən, "Barselona"nın ulduz futbolçusu Lionel Messi hamını qabaqlayıb.
Argentinalı hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"ya (Almaniya ) qarşı ilk matçda vurduğu qol ötən mövsümün (39 səslə) ən yaxşısı seçilib.
"Real"ın futbolçusu Kriştiano Ronaldonun ÇL-də "Liverpul"a vurduğu qol ikinci (24 faiz) seçilib. Ən çox səs toplayan üçüncü qol isə Aaron Remsinin "Qalatasaray"la matçdakı qolu olub.