Ölkə futbolu
Qarayev: "Bu, bizi arxayınlaşıdırmırdı"
Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab …
Ötən gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” İsveçrənin “Yanq Boyz” klubunu 3:0 hesabı ilə məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanıb.
Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev matçdan sonra jurnalistlərə açıqlama verib:
“Oyunun belə məcrada davam edəcəyinə inanmazdım. Məncə, artıq qələbə və bizi dəstəkləyən azarkeşlər və futbol ictimaiyyəti haqqında danışmalıyıq. Hamıya çox sağ ol deyirəm. Nətciə qazanılıbsa, bəzi nüanslar haqqında artıq danışmamalıyıq. Hamıya təşəkkür edirəm. İlk oyunda qalib gəlsək də, bu, bizi arxayınlaşıdırmırdı. Matçın gedişində rəqibin də azlıqda qalması işimizi daha da asanlaşdırdı. Buna baxmayaraq, çətin və mübarizəli oyun oldu. Komandama təşəkkür etmək istəyirəm. Ötən mövsüm qrup mərhələsində buraxdığmız səhvləri təkrarlamamağa çalışacağıq”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd