Bizi izləyin

Ölkə futbolu

Çingiz Abdullayevdən Sadıq Sadıqova açıq zərbə

“Neftçi” uğrunda müharibə davam edir. Hakimi…

blank
“Neftçi” uğrunda müharibə davam edir. Hakimiyyətdən getdikdən sonra taxtına qayıtmaq üçün xalqı qurban verməyə hazır hökmdarlar kimi, Sadıq Sadıqov da nüfuzunu, hörmətini xərcləyir.
Onu əvəz edənlər isə daha tədbirlidi. Onlar “Neftçi”nin ilhaq planı zamanı olduğu kimi, indi də tədbirli, ehtiyatlı davranır, az danışır, çox iş görürlər. Onlar havaya güllə səpmirlər, barıtı bir yerə yığıb topla məhvedici atəş açırlar.
“Neftçi”nin mövsümə uğursuz başlaması sabiq prezident Sadıq Sadıqov üçün qisas fürsəti oldu. Özü üzə çıxmasa da, mümkün vasitələrdən istifadə edib, xələflərini gözdən salmağa, onların yarıtmazlığını ifşa etməyə çalışdı. Mətbuata ötürülən informasiyalar, silsilə yazılar və s. təsadüfi deyildi. Ssenari, dəst-xətt həminkidi və səriştəsizcəsinə hazırlanıb, o dəqiqə mənbəyini ələ verir.
Sadıqovun ətrafı özünəməxsus piarında olsun, “Neftçi”nin yeni rəhbərliyi maraqlı faktlarla düşmən cəbhəsini ən azı bir müddətlik susdurdu. Son tədbirində Sadıqovun iştirak etmədiyi Müşahidə Şurasının sədri Çingiz Abdullayev elə bir müsahibə verdi ki…
Futboldan uzaq olan Çingiz bəyin müsahibəsində bir məqam var ki, onu oxuyanda bu sözləri məhz onun dediyinə əmin olursan. Söhbətin digər hissəsi isə əməlli-başlı sənət əsəridi – belə cavabların dar dairədə razılaşdırıldığı, ən azı müzakirə olunduğu hiss olunur.
Mətbuatda haqqında yazılan yazılardan narazılıq edən Abdullayev Azərbaycanda olmamağının səbəbini açıqlayıb və dedikləri məntiqlidi. İş-güz adamının səfərlərdə olması təbiidi. Ancaq onun Penklub haqda dedikləri tam cəfəngiyyatdı. Bəlkə də, Çingiz bəy bu qurumu çox güclü sayır, mübahisə etməyəcəm, hətta razılaşıram da. Bununla belə, “Qarabağ” və “Qəbələ”ni avrokuboklardan uzaqlaşdırmaqdan xilas etdiyini deməsini təbəssümlə qarşılamaq lazımdı. Azərbaycan klublarını 3 illik beynəlxalq oyunlardan kənarlaşdırmaq haqda dedikləri sadəcə, futbolu, top oyununa bağlı ali qurumların iş metodunu bilməməkdən başqa bir şey deyil.
Abdullayevin baza, bilet satışı, komanda ilə bağlı dedikləri məlum bayatının təkrarına bənzəyir. Neçə illərdi hamı bundan danışır və yalnız danışır.
Azarkeşlərlə bağlı yaranmış problemə də toxunan klub rəhbəri bunun günahını özündə görüb: “Azarkeşlər son vaxtlar təxribatçı hərəkətlərə əl atırlar. Rəqib komandanın avtobusunun şüşəsini sındırıblar. Biz bilirik ki, bunu “Neftçi”nin azarkeşləri etmir. Hansısa şəhərə gedəndə söyüş söymək qəbulolunmazdı. Hamımız azərbaycanlıyıq. Söymək, dalaşmaq nəyə lazımdı? “İnter”lə oyunda azarkeşlərdən biri aşağı düşüb, futbolçuları təhqir edib. Həmin azarkeşin də içkili vəziyyətdə olduğu deyilir. Amma yenə də mən günahı rəhbərlikdə görürəm. Əgər “Neftçi”nin azarkeşi bu hərəkəti edirsə, deməli, bu, mənim günahımdı. Ailədə uşaq içirsə, günah onun atasındadı. Deməli, stadionda nizam-intizam düzgün qurulmayıb. Beynəlxalq qanunlar var. Heç kim soruşmayacaq ki, kim nə edib. Stadionu bağlayacaqlar. Onlar da belə vəziyyətdə günahı rəhbərlikdə görürlər, klubu cərimələyirlər. Düz də edirlər. Doğrudu, həmin vaxt burda olmamışam. Ancaq yenə də günahkar mənəm. Belə şeylərə yol verilməməlidi”.
Abdullayevin sabiqlərin düşərgəsinə atdığı bomba həm də onları ifşa cəhdinə oxşayır. Sabiqlərin pulu havvaya sovurmasına diqqəti çəkmək üçün Çingiz bəy konkret rəqəm də söyləyir: “Dünən SOCAR-ın prezidenti və vitse-prezidenti ilə görüşümüz oldu. Onlar klubun bütün borclarını ödəməyə razılıq verdilər. 10-15 günə “Neftçi”nin heç kimə borcu qalmayacaq. Emil Mpenza da daxil olmaqla, heç bir futbolçuya borcumuz qalmayacaq. Klubun 3 milyon dollara yaxın borcu var idi. Sağ olsun SOCAR rəhbərliyi, bu problemi həll etdi. Əvvəlki prezident Sadıq Sadıqovun arxasınca danışmaq istəmirəm. O, burda böyük işlər görüb. Amma həqiqət odu ki, mən bura gələndə klubun xeyli borcu var idi. Bildiyiniz kimi, futbolçunun alacağı olduğu klubu məhkəməyə vermək hüququ var. Belə olarsa, məhkəmə klubu ciddi cəzalandıra bilər. Biz də bunun baş verməməsi üçün müvafiq addımlar atdıq”.
Sədr Sadıq bəyin arxasınca danışmaq istəməyə-istəməyə danışıb. Amma bu, eyni zamanda cəsarətli jestdi. Sadıqov gizli mübarizə apardığı halda Abdullayev sözü birbaşa üzə deyir, fakt açıqlayır. Buyursun, Sadıq bəy bunu inkar edəcək açıqlama versin, dövlətin pulunu dağıtmadığına dair fakt ortaya qoysun.
“Bu hörmətsiz yazılar təkcə bizə qarşı yox, komandaya, sponsorumuza, işçilərimizə qarşıdı” – bu cümlədə bilirsiz nə hikmət var? “Neftçi”nin indiki rəhbərliyinin də, sabiq rəhbərliyinin də, sabiq rəhbərliyin indi işlədiyi digər qurumun da sponsoru eynidi. Sizcə, Abdullayev sələfini yuxarılara nişan vermirmi? “Cavab verib, abrımızı pozmaq istəmirik. Amma cavab verməyəndə də olmur”.
“Başa düşürəm ki, sifarişli yazılardı. Amma onlar da başa düşsünlər ki, bizim məhkəməyə vermək, böyük təzminat almaq hüququmuz var. 9 milyonluq xalq məni yaxşı tanıyır” deyən Çingiz bəy Gündüz Abbaszadə haqda danışanda da aşkar şəkildə Sadıq Sadıqovu ifşa edir: “Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə gedəndə mən burda yox idim. Gündüzü uşaqlığından yaxşı tanıyıram. Çünki atası o vaxt Yazıçılar Birliyinin üzvü olub. Mən burda olmayanda bizə qarşı çox məqalələr yazılıb. Kimin nəyə görə yazdığını, kimin sifariş verdiyini hamı yaxşı bilir. Həmin məqalələrdən sonra Gündüzü çağırıb, niyə cavab vermədiyini soruşulub. O da deyib ki, kimin nə sifariş etdiyini mən də yaxşı bilirəm. Amma məni də başa düşün, bəziləri ilə çörək kəsmişəm, dost olmuşam, onlara qarşı danışa bilmərəm. Gündüz deyib ki, ən yaxşısı mənim ərizəmi yazıb işdən çıxmağım olar, çünki onlara qarşı heç nə deyə bilməyəcəm. Bu, onun öz qərarı idi və biz də hörmətlə qarşıladıq. Gündüz məncə, yaxşı jurnalist idi”.
Barıtın dozasına fikir verin! Gündüz demişdi ki, məndən keçmiş rəhbərliyə cavab verməyimi istəyirlər, mən isə onlarla çörək kəsmişəm. Abdullayev də dolayısı ilə bildirir ki, bu yazıları sifariş edənlər Abbaszadənin vaxtilə çörək kəsdiyi insanlardı. Həm də Gündüzün dili ilə deyir. Nəticə: Sadıq bəyə daha bir öldürücü zərbə.
 
Bu hələ açıq müstəviyə keçməkdə olan soyuq müharibənin mətbuata çıxan hissəsidi. Çingiz bəyin sponsorlarla görüşdə daha hansı gizlinlərdən söz açdığını bir özü bilir, bir də onu dinləyənlər. Ona görə də tezliklə idman sahəsində Sadıqov erasının ümumiyyətlə, bitdiyni eşitsəz, təəccüblənməyin. Ancaq o da mümkündü ki, məxfi söhbətlərdə Sadıq bəy də hansısa məsələləri aydınlaşdırıb, özünə bəraət verən faktlar açıqlayacaq. Axı, o da hesabat verməlidi. Sponsorlar borc kimi yığılan 3 milyonu ödəyəndə bunun necə yaranmasını da soruşacaq.
Gələn həftənin əvvəlində mühüm təyinatlar olmalıdı. Hər şeyə hazır olun…
AĞA
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Ölkə futbolu2024-05-02 12:31

“Prezident Kuboku 2024” beynəlxalq reqatasında ikinci gün başlayır

blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm