Ölkə futbolu
“Bir qələbəni bir ay bayram etməməliyik”
“Bu cür oyunlar seriyasına nail olmalıyıq. Bir qələbə…
“Bu cür oyunlar seriyasına nail olmalıyıq. Bir qələbə Gürcüstan futbolunun taleyini həll etmir”. Futbolinfo.az saytı xəbər verir ki. bu sözləri Kaxaber Sxadadze deyib.
Onun çalışdırdığı Gürcüstan yığması Avro-2016-nın seçm mərhələsi çərçivəsində dünən Şotlandiya ilə qarşılaşıb. Kazaişvilinin 38-ci dəqiqədə vurduğu qolla gürcülər meydandan 3 xalla ayrılıblar.
Qələbəni şərh edən Bakı "İnter"inin sabiq baş məşqçisi Sxadadze bu nəticəni şişirtməli olmadıqlarını bildirib. O qeyd edib ki, artıq fikrini növbəti görüşə yönəldib: “Növbəti oyunumuz daha çətin rəqibə – İrlandiyaya qarşı olacaq. Artıq bu matç barədə düşünməliyik. Əgər işə peşəkar yanaşırıqsa, bir qələbəni 1 ay ərzində bayram etməməliyik. Yalnız o halda bizdə nəticə olacaq”.
Qeyd edək ki, İrlandiya – Gürcüstan görüşü sentyabrın 7-də keçiriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…